Peşə Liseyindən Mikayıl Cabbarova şikayət olundu


Peşə Liseyindən Mikayıl Cabbarova şikayət olundu

Font ölçüsü

miko01.jpg

Məlum olduğu kimi peşə liseyləri sitemində təhsil almış mütəxəssislər kifayət qədər geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərirlər.

Məhz bu səbəbdən də bu sahədə həyata keçirilən hər hansı dəyişikliklər ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapır. Bu təzahürlərin pozitiv və ya neqativ olması isə məhz gənclərimizin təhsil və peşə öyrənmə prosesi zamanı hansı prinsiplər əsasında formalaşmalarından asılıdır.

Bu məsələnin ictimai maraqlar baxımından həlli isə bir çox hallarda olduğu kimi, konkret müəssisəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Təəssüflər olsun ki, respublikanın Təhsil Nazirliyi hələ də məhz kadr məsələlərində müəyyən nöqsanlara yol verir. Nətisədə isə respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik səriştəsiz kadrlar tərəfindən həyata keçirilir.

Belə müəssisələrdən biri də 18 saylı Bakı Peşə Liseyidir. Redaksiyamıza təqdim olunan məlumatlarda bildirilir ki, hazırda aşpaz, avtomobillərin təmiri çilingəri, elektrik-qaz qaynaqçısı, əməliyyatçı-mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, kompyuter operatoru, veb-dizayner və xarrat-dülgər və parket ustası üzrə kadrların hazırlandığı bu liseydə ciddi nöqsanlar mövcuddur.

Məlumatları təqdim edən mənbənin sözlərinə görə, məhz liseyin direktoru Rəhim Ağamalıyevin yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə ilk növbədə liseydə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 18 saylı Bakı Peşə Liseyində bir çox şagirdin adı sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər.

Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktorunamüəyyən məbləğdə ödəniş edirlər. Daha sonra məlumatlarda liseydə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır.

Məsələn, liseyin binası bir neçə il öncə təmir edilsə də, şagirdlərdən demək olar ki, hər ay “təmir pulu” yığılır. Həmçinin qeyr etmək lazımdır ki, 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər mətbu orqanlarına ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır.

Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Rəhim Ağamalıyevin rəhbərlik etdiyi liseydə bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar.

Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktorunun üzərinə düşür. Həmçinin daxil olan məlumatlarda liseyin maddi-texniki bazasının da müasir tələblərə cavab vermədiyi bildirilir. Qeyd olunur ki, burada bir neçə kompyuter və bəzi avadanlıqlar istisna olmaqla, bütün inventarlar köhnədir.

Bütün bunlar isə şagirdlərin müasir peşələrə yiyələnməsinə əngəllər törədir.Bundan başqa isə məlumatlara görə liseyə qəbul məsələsində də ciddi nöqsanlar var. Belə ki, Rəhim Ağamalıyevin “təşəbbüsü” ilə bu peşə təhsili müəssisəsinə qəbul yalnız müəyyən ödənişlər əsasında həyata keçirilir.

Bütün bunlar belə deməyə əsas verir ki, 18 saylı Bakı Peşə Liseyinin fəaliyyətinin bu gün Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılmasına böyük ehtiyac var. Eyni zamanda da materialda irəli sürülən ittihamlara dair lisey rəhbərliyinin mövqeyini dərc etməyə hər zaman hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.