Qaçqınkom sədrinin "qohumbazlığı" Zəngilanlıları dəhşətə gətirdi


Qaçqınkom sədrinin "qohumbazlığı" Zəngilanlıları dəhşətə gətirdi

Font ölçüsü

qac.jpg

Dosye.org-a daxil olan məlumatlarda bildirilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsində qohumbazlıq və saxtakarlıq geniş füsət alıb. Bir sözlə, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün tikilən yeni mənzillər məyus olmağa əsas verir.

Bu gün toxunmaq istədiyimiz məsələ isə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki “qohumluq siyasəti” ilə bağlıdır.

Redaksiyamıza Abşeron rayonu, Masazır qəsəbəsi bina 3, mənzil 3-də yaşayan məcburi köçkün, şəhid bacısı Muradxanova Bəsdi Teymur qızı Qaçqınkomun səlahiyyətli nümayəndəsi Elman müəllimdən və Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi, humanitar şöbənin müdiri Mönsümov Nizamidən şikayət məktubu ünvanlayıb. Məktubda deyilir:

“Mən və mənim ailəm Zəngilan rayonundan məcburi köçkünük. 1993-cü ilin oktyabr ayının sonlarından Azərbaycan Neft Akademiyasının yataqxanasında məskunlaşmışıq. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə, Azərbaycan Neft Akademiyasının yataqxanasında məskunlaşmış məcburi köçkünlərin Masazır qəsəbəsində məzburi köçkünlər üçün tikilən binalara köçürülməsinə start verdi. Ancaq çox təəsüflər olsun ki, bu köçürülmə və ev bölgüsü ədalətsizliklə, haqsızlıqla, saxtakarlıqla həyata keçirildi. Ölkə başçısının göstəriş və sərancamlarına əməl olunmadı.

Nəsimi Rayon İcra Hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş üzrə şöbəsinin müdiri Şəfəq Cəfərova, Qaçqınkomun səlahiyyətli nümayəndəsi Elman müəllim və Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi humanitar şöbənin müdiri Mönsümov Nizami birləşib saxtakarlıqlar edərək yaxşı pullar müqabilində mənzilləri ayrı-ayrı adamlara satdılar. Kim yaxşı pul verirdisə onlara yaxşı binalardan, yaxşımərtəbələrdən, yaxşı təmir olunmuş mənzillərdən verirdilər.

Bütün bu saxtakarlıqların başında Nizami Mövsümov dayanırdı. Hətta elə adamlara ev satdılar ki, biz onları köçkün kimi tanımırıq. Bizim kimi pulu olmayanlara , pul verməyənlərə ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olanlara iki otaqlı, pul verib ailəsində iki nəfər olana da iki otaqlı mənzillər verdilər.

Bizim ailəmizdə 4 nəfərin olması, gəlinimin hamiləliyi və qardaşımın şəhid olmasına məhəl qoymayan Nizami Mənsimov pul vermədiyimizə görə bizə birinci mərtəbədə rütubətli və kosmetik təmir olunmuş mənzil verdi. Biz ailədə 4 nəfərik. Yuxarıda vurğuladım ki, gəlinim hamilədir. Bu gün-sabah nəvəm olacaq. Nəvəm dünyaya gələndən sonra o, rütubətli evin tavanından daman və su buraxan mənzildə necə yaşamalı olacağıq.

Budurmu gənc ailələrə göstərilən qayğı? Bizim kimi hüququ pozulanlar, haqqı tapdalananlar minlərlədir. İnsanlar incidilir, alçaldılır, dövlətdən və prezidentən narazı salınır. Nizami Mənsimovun ədalətli bölgü aparmadığına görə narazılığımı bildirəndə məni küçə söyüşləri ilə , insanlığa yaraşmayan mədəniyyətsiz davranışlarla qarşıladı.

Bildirdim ki, insanda həya olmalıdır axı, siz dövlət məmurusuz, mənim də qardaşım torpaqlarımız uğrunda gedən döyüşlərin birində Zəngilan rayonunda şəhid olub niyə hörmətsizlik edirsiniz. Ağır və dözülməz cavablar eşitdim Nizami Mövsümovdan,- “Mənə görə ölüb, mənəm günahkar. Gedin kimə və hara şikayət edirsiniz edin”.

Media vasitəsilə dövlət başçısına, Daxili işlər Nazirinə, Respublikanın Baş Prokuroruna müraciət edirəm. Qaçqınlar və məcburi köçkünlərin köçürülməsi prosesi təzədən araşdırılsın və nəzarətə götürülsün. Qaçqınkaomun səlahiyyətli nümayəndəsi Elman müəllim və Zəngilan rayon icra hakimiyyətində çalışan Nizami Mövsümov məsuliyyətə cəlb olunsunlar. Nizami Mənsimov sözün əsl mənasında özünü Zəngilan rayonunun ağası kimi aparır.”

Qeyd edək ki, Qaçqınkomun sədri Əli Həsənov və Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov doğma qardaşdırlar. Nizami Mövsümovun mənzil bölgüsündə etdiyi saxtakarlıqlar haqqında kifayət qədər faktlar var.Əlavə olaraq bildirək ki,komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov da Əli Həsənovun xalası oğludur.

Sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Bu qohumluq əlaqələri haqqında və saxtakarlıqlar barədə gələn saylarımızda daha ətraflı məlumatlar verəcəyik.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.