İlham Əliyev Lənkəranda açılışlar edib


İlham Əliyev Lənkəranda açılışlar edib

Font ölçüsü

taleh.jpg

Aprelin 11-də Azərbaycanın Cənub bölgəsinə səfər edən Prezident İlham Əliyev Astaradan Lənkəran şəhərinə gedib. Dövlət başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkına baş çəkib.

Daha sonra Prezident Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.

İlham Əliyev tanışlıq üçün Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzinə də gedib. Prezident Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezidentin növbəti baş çəkdiyi obyekt Lənkəranda yeni yaradılan “Gilan aqro-sitrus” təsərrüfatı olub. Məlumat verilib ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur.
Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı, çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.

Prezident İlham Əliyev aprelin 11-də Lənkərana səfəri çərçivəsində yenidən qurulan Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə tanış olub.

Ölkə başçısı Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, bağçada 3 yaşdan 6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq.

Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərdən razılığını bildirib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.