Mehriban Əliyeva: "Bu, bizim qanımızda, canımızdadır..."


Mehriban Əliyeva: "Bu, bizim qanımızda, canımızdadır..."

Font ölçüsü

xan1.jpg

“Azərbaycanda birinci Avropa Oyunlarının iştirakçıları və qonaqları üçün maksimum rahat şərait yaradılır. Oyunlara hazırlıq mərhələsi artıq yekunlaşmaq üzrədir. Planda nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin, demək olar ki, hamısı inşa edilib. Hazırda oyunların açılış mərasiminə hazırlıq işləri sürətləndirilib. Açılış mərasiminədək bir neçə test yarışlarının keçirilməsi nəzərdə tutulub”.

Bunu Rusiyanın TASS agentliyinə müsahibəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib.

M.Əliyeva bildirib ki, birinci Avropa Oyunları gələcəyin standartlarını müəyyənləşdirəcək: “Oyunlara hazırlıq işlərinə məhz bu baxımdan yanaşırıq. Məqsədimiz budur ki, Oyunların bütün iştirakçıları və nümayəndə heyətləri özlərini rahat hiss etsinlər”.

“Fərqi yoxdur, istər bir olsun, istərsə də min, qonaq qəbul etmək Azərbaycan xalqının qanında, canındadır” - deyə Mehriban Əliyeva bildirib.

Onun sözlərinə görə, idmana yatırılan sərmayələr uzunmüddətli perspektivə malikdir. M.Əliyeva deyib ki, o, nəticədə bu sərmayələrin cəmiyyətə, cəmiyyətin hər bir üzvünə fayda verəcəyinə əmindir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.