Azərbaycanda ləğv olunacaq nazirliklər


Azərbaycanda ləğv olunacaq nazirliklər

Font ölçüsü

dom.jpg

İyunda Bakıda keçiriləcək Avropa Oyunları bitəndən sonra hökumətin strukturunda ciddi dəyişiklik gözlənilir. Bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması üzrə təkliflər paketi hazırlanır. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir: “Ümumiyyətlə, neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm strukur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Bununla bağlı ilkin addımlar Avropa Oyunlarından sonra, daha radikal addımlar isə parlament seçkisindən sonra atılacaq. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnkokratlar əvəzləsin”.

Bir qədər öncə istiqlal.az etibarlı mənbəyə istinadən xəbər yaymışdı ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Bundan başqa Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları nəzərdən keçirilir.

Mənbə bu məlumatın real olmasını təsdiqləyərək əlavə edib ki, daha bir neçə strukturun ləğvi nəzərdə tutulub. Böyük ehtimalla Gənclər və Turizm Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Kimitəsinin, Diasporla ilə iş üzrə Dövlət komitəsinin ləğvi, səlahiyyələrinin başqa qurumlara verilməsi nəzərdə tutulur.
Bir qədər əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.