“Biz də onların başına elə oyun aça bilərik”- Əli Həsənov


“Biz də onların başına elə oyun aça bilərik”- Əli Həsənov

Font ölçüsü

hese.jpg

“Azərbaycan dövləti, Azərbaycan Ordusu ermənilərin əlində olan girov azərbaycanlıları Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə öz evlərinə gətirəcək.

Bunu ermənilər də eşidib bilsinlər. Sonra ziyanı onlar çəkəcəklər. Nə qədər ki, gec deyil, düz yola gəlsinlər və onları azad etsinlər. Bizdə də elə girovlar var. Biz də onların başına elə oyun aça bilərik. Bunu istəyirlər?"


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş nazirin müavini qeyd edib ki, ermənilər tərəfindən ötən ilin yayında Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülmüş iki azərbaycalının azad edilməsi məsələsində ilk növbədə Rusiya öz köməyini göstərməlidir: "Çünki onlardan biri - Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Şahbazın Quliyevin isə həyat yoldaşı Rusiya vətəndaşıdır. Biz araşdırdıq. Rusiyanın tam imkanı var ki, onları ekstradisiya etsin. Vaxtilə 1988-ci ildə Sumqayıtda qırğınlar törətmiş və onlarla insanın qanına bais olmuş Eduard Qriqoryanı ekstradisiya etdilər. Bəs indi niyə etmirlər?"

Bununla yanaşı, Ə.Həsənovun fikrincə, nə Qərb, nə də Rusiya bu məsələdə bizə kömək etməyəcək və Ermənistan da onları bizə veməyəcək.

O, həmçinin əlavə edib ki, İran tərəfi Azərbaycana bu istiqamətdə əlindən gələn köməyi etməyə hazırdır.

Ə.Rəbii isə öz növbəsində bildirib ki, girovların azad edilməsi ilə bağlı İrana rəsmi müraciət olunsa, onlar kömək etməyə hazırdırlar.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.