Qəbələdə erməni əsilli həkim peyda olub?- YENİLƏNİB


Qəbələdə erməni əsilli həkim peyda olub?- YENİLƏNİB

Font ölçüsü

qebele1.jpg

Dosye.org xəbər verir ki,Qəbələ rayonu kiçik Pirəlli kənd sakini Vüqar Məmmədov cumhuriyyət.az müraciət edərək onun şikayətini işıqlandırmağımızı xahiş etdi:

Mən 3 ildir ki,ciyər xəstəliyinə tutulmuşam.Bakı şəhərində Qara Qarayevdə yerləşən ağ ciyər xəstəlikləri institunda yatıb müalicə olunmuşam. Həkimlər mənə qəti şəkildə bildirdilər ki,sənə ağır işdə işləmək olmaz. Dəfələrlə dövlət başçısına teleqram vurmuşam. Axırıncı dəfə prezidentdən cavab gəldi ki, adını rayon məşğulluq idarəsinə yazdır və ünvanlı sosial müavinətdən yararlan. Mən adımı məşğulluq idarəsinə işsiz kimi yazdırmışam. Ünvanlı sosial yardım üçün mərkəzə müraciət etdilər. Oradan mənə bildirdilər ki,sənin 25 sot həyətyanı torpağın olduğu üçün sənə ünvanlı yardım düşmür.Mən Qəbələdə nə qədər otellər varsa hamısına gedib iş üçün adımı yazdırmışam. Ancaq 3 ildir ki,məni işə götürən yoxdur.Deyirlər ki,qocasan,mənim 37 yaşım var,bu yaşda qocamı olar?Mənə adicə gözətçi işini də vermirlər. Dəfələrlə rayon icra hakimiyyətinə getmişəm ki, icra başçısı Səbuhi Məmmədovla görüşüb dərdimi deyim. Ancaq hər dəfə də məni icra başçısı ilə görüşməyə qoymayıblar. Dəfələrlə millət vəkili Fəttah Heydərova, nazir Kəmaləddin Heydərova məktub yazıb kömək istəmişəm. Çox təəssüf ki,heç bir nəticəsi olmayıb.İndi hər yerdən çarəm,ümüdim kəsilib. Rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov mənə dedi ki, 2000 min manat ver,səni pensiyaya çıxardım. Mənim imkanım yoxdur ki,bir helə pulu tapıb ona verim. Bu adamın milliyəti ermənidir. 90-cı illərdə adını, familiyasını dəyişib. Bunun əsl adı Aruşdur. Görün xalqın taleyini kimlərə tapşırıblar. Bu gün ölkənin ən gəlirli sahələrində, ən yaxşı postlarda əyləşənlərin böyük əksəriyyətinin ermənilərlə qohumluq əlaqələri var. Erməni bizim qeydimizə necə qala bilər ki?İndi fikirləşirəm ki, mən gedib işid terrorçularına qoşulub vuruşum və evimə,ailə uşaqlarıma dolanmaq üçün pul göndərim. Hazırda mənim evimdə çörəyim yoxdur.Bir maraqlanan yoxdur ki,bu insan necə yaşayır.Bəyəm mənə lazım idi olimpiada? Prezident açıb qulaqlarını eşitsin. Ay prezident,sizə səslənirəm,eşit məni Avropanın itinin yediyini,sənin xalqın yemir.Bizim nəyimizə lazımdır bu boyda xərc hesabına başa gələcək olimpiada? Onsuz da bu hökumətdən bizə hökumət olmayacaq. Daha bezmişəm,insan nə qədər əzab içində yaşayar? Hara gedirsən yalan,iftira. Deyirlər Qəbələdə insanlar yaxşı yaşayır, yalandır Qəbələdə 10 % adamlar yaxşı yaşayır,kimlərin ki,pulu vəzifəsi var yaxşı yaşayır,villa tikir,nə bilim nə edir. Qəbələdə kasıba gün yoxdur. Buradakı zavod,fabriklərdə işləyənlər də vəzifəli adamların qohum əqrəbalarıdır. Kimin ki, yuxarıda adamı var onu tapşırır işlə təmin edirlər.Yoxsa yox.Kəmaləddin Heydərov Bum kəndindən evlənib deyə Bum kəndinin sakinlərinə yaşıl işıqdır,qalanlar pis vəziyyətdə yaşamağa məhkumdurlar. Azərbaycanın bu qədər sərvətləri ola-ola onun əhalisi it günündə yaşayır. Fikir verin dəhşətdir 21-ci əsrdə Azərbaycan vətəndaşı çörəklə üz-üzə qoyulub.Xalqa qarşı bundan böyük düşmənçilik olarmı?Daha ermənilərlə bu hökumətdə təmsil olunanların arasında nə fərq oldu? Mənim 2 azyaşlı övladım var,onları necə yaşadım,necə yedirdim? Deyirlər həyətin var. Bəyəm imkanım var ki,onu əkib becərim? Utanmırlar yüz cür bəhanə gətirirlər. Bəs necə olur ki, məmurlara bu qayda qanunlar aid edilmir. Bəyəm onlar qurduqları şəraiti,tikdikləri villaları aylıq maaşları ilə edirlər? Hamısı oğrulardır, Qəbələdə Azərbaycan qanunları işləmir, rayonda məmur özbaşnalığı göz deşir. Bu rayonda pulun varsa istədiyini edə bilərsən,lap adam da öldürə bilərsən.Bizi qəsdən acından öldürürlər.Rayonda belə qayda qoyublar ki,sənə qarşı nə haqsızlıq baş versə belə dinməməlisən.Lap acından da ölsən deməlisən ki,allah prezidentin canını sağ eləsin sayəsində yaxşı yaşayıb, kef edirik. Eynən şimali Koreya kimi bir əcaib struktur yaradıblar.Burada Səbuhi Məmmədovun quru adı var. Rayonun bir neçə icra başçısı var. Kim necə istəyir elə də edir. Təki pul olsun, vicdan, qeyrət, namus bütün bunlar arxa plandadır. Rayon icra hakimiyyətində işləyən məmurlar pulu dədələrindən çox sevir. Mən bilirəm bu yazıma görə məni sıxışdıracaqlar,ancaq başqa çarəm yoxdur. Yaxşı olardı ki, məni bir işlə təmin etsinlər ki, mən də övladlarıma heç olmasa quru çörəyi alıb vaxtlı-vaxtında yedirdə bilim.Mən bir də dövləti yönəldən şəxslərdən xahiş edirəm mənə qarşı biganəliyə son qoysunlar.Axı mən də bu ölkənin vətəndaşıyam.Vətənə borcumu da vermişəm,bəziləri kimi fərari olmamışam.İndi niyə ögey münasibətə tuş gəlirik? Ölkəmiz Gürcüstana, Ermənistana qaz satır,ancaq öz vətəndaşı pulu verə bilmədiyinə görə qaz ola-ola onu yandıra bilmir. Mən odun yandırıram. Niyə belə olmalıdır,kimdir günahkar, nədir bu xalqın günahı? Bir neçə ilə əgər acından ölməsək bu uşaqlar böyüyəcək gələcəklər ki,ver əsgərliyə aparıram. Axı bu gün vətən bunlara qayğı göstərmirsə onda onlar vətəni necə sevərlər? Şəxsən mən müharibə başlasa getməyəcəyəm. Çünki vətənim,dövlətim mənə qayğı göstərmir, məni ailə qarışıq acından öldürür. Səbirsizliklə kömək gözləyirəm. Kömək edin, doğurdan da, bilim ki, dövlət var və vətəndaşına sahib çıxa bilir.

https://www.youtube.com/watch?v=vWtifsqlaUQ

Böyük hörmətlə Qəbələ rayonu kiçik Pirəlli kənd sakini Vüqar Məmmədov.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.