Salyanın icra başçısı silahla hədələndi?


Salyanın icra başçısı silahla hədələndi?

Font ölçüsü

ta12.jpg

Bildiyimiz kimi Salyan rayon icra hakimiyyəti başçısı Tahir Kərimovun adı mətbuatda daha çox qalmaqallı olaylarda, korrupsiya və s. qanunsuz hərəkətləri ilə hallanmaqdadır.

Onun barəsində hələ illər öncə bir qəzetdə yazılan faktlar, belə demək mümkünsə qaranlıq və sirli “dosye”sinə növbəti yazılarımızda işıq salacağıq. Həmin dönəmlərdə Kərimov Tahir idarəçilik və qanunvericilik prinsipləri ilə deyil, başqa “qanunlar” təsiri altında yaşayırdı. Ünlü, cinayət aləmində məşhur olan simalarla olan bağlantılar, onun müəyyən ünvanlara göndərdiyi sovqatların kimlərə necə çatdırılması barədə də mütləq məlumat ala biləcəksiniz…
Bu gün isə sizlərə keçmiş “voyenikom” Əlağa müəllimlə Tahir Kərimov arasında yaşanmış, daha əvvəl də müxtəlif saytlarda yerləşdirilmiş bir insidenti xatırlatmaq istədik:
…Keçmiş icra başçısı, deputat Əlağa Hüseynovun rayonun hazırkı icra başçısı Tahir Kərimovun üstünə silah çəkməsi haqda məlumat yayılıb. “Gündəm Xəbər” qəzetinin yazdığına görə, Salyan rayon icra başçısı Tahir Kərimov rayondakı yarımçıq qalmış abadlıq işlərinin tamamlanması məqsədilə bugünlərdə maliyyə şöbəsinin müdiri Mahir Kərimova müəyyən tapşırıqlar verib.
Qəzet mənbəyə istinadən yazır ki, icra başçısı köhnə rəhbərlikdən yarımçıq qalmış işlərlə də maraqlanıb və məlum olub ki, Xəlil Rza küçəsində nəzərdə tutulan abadlıq işlərinə ayrılan pullar Əlağa Hüseynovun dövründə mənimsənilib. Buna görə də Tahir Kərimov maliyyə şöbəsinin müdirinə bildirib ki, Ə.Hüseynovla əlaqə saxlasın, o da gəlib işi tamamlasın. Bu zaman maliyyə şöbəsinin müdiri bildirib ki, o, Ə.Hüseynova belə söz deyə bilməz, həm də onun rayondakı ən yaxın adamı icra başçısının kənd təsərrüfatı işləri üzrə müavini Ələddin Abbasovdur. Qəzetin yazdığına görə, bundan sonra Ə.Abbasovu yanına çağıran T.Kərimov ona da eyni tapşırığı verib: “Amma bu dəfə daha da sərt formada: ”Get, o yefreytora de ki (bildirək ki, Əlağa Hüseynov zamanında respublikanın baş hərbi komissarı olduğundan Salyanda işlədiyi dövrdə onu hər kəs “general” deyə çağırardı-red.) gəlib işləri tamamlasın. Ələddin Abbasov başçıya bildirib ki, o, Ə.Hüseynova belə bir söz deyə bilməz. Bundan qəzəblənən T.Kərimov Ə.Abbasovun üzünə bir sillə çəkərək “nə deyirəm, onu elə” deyib”.
Yazıda bildirilir ki, əlacsız qalan Ə.Abbasov Ə.Hüseynova telefon açıb və başçının söylədiklərini ona çatdırıb: “Əlağa Hüseynov bu sözlərdən dərhal sonra Salyana gəlib və Tahir Kərimovu Salyanın girişində yol polisi postunun yaxınlığındakı soyuducuların yanına çağırıb. Başçını həmin soyuduculara salan Əlağa Hüseynov onun başına tapança dirəyib və ağır ifadələr işlədib. Daha sonra bildirib ki, bu rayonun ağası odur və Tahir Kərimov ancaq onun əlinin uşağı ola bilər”.
Qeyd edək ki, Əlağa Hüseynov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.
Dünən məsələ ilə bağlı Əlağa Hüseynov və Tahir Kərimovla əlaqə saxlayıb hadisə haqda əlavə məlumat almaq istəsək də cəhdlərimiz baş tutmadı. Yazı ilə bağlı adıçəkilən şəxslərin mövqeyini çap etməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.