Xalqxeber.az saytının baş redaktoru İlham Əliyevə üz tutdu


Xalqxeber.az saytının baş redaktoru İlham Əliyevə üz tutdu

Font ölçüsü

xalq.jpg

Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva və Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov tərəfindən sifarişli olaraq məhkəməyə verilən Jurnalist, Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov üzləşdiyi haqsızlıqlarla bağlı dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Məhkəməyə verilmiş baş redaktor Peyman Sadıqov öz müraciətində bildirir ki, "mənə qarşı irəli sürülən iddialar heç bir reallığa cavab vermir və heç bir sübutlarla təsdiqlənmir. Bu mənim cərimə olunmağım üçün bir sifarişdir. Amma mən inanıram ki, Azərbaycanda hələdə ədalətli məhkəmələr var və ədalətli qərar çıxardacaqlar".
Baş redaktorun Prezident İlham Əliyevə ünvanladığı müraciətini olduğu kimi təqdim edirik.


Hörmətli cənab Prezident!


Sizin yorulmaz əməyiniz nəticəsində Azərbaycanın çiçəklənməsi istiqamətində gördüyünüz bütün işləri yaxından izləyirəm və daim rəhbəri olduğum saytda işıqlandlrmaqla yanaşı gələcək işlərinizdə uğurlar arzulayıram.
Məlum edirəm ki, Xalqxeber.Az xəbər portalının baş redaktoruyam. Jurnalist kimi peşə fəaliyyətimdə həmişə obyektivliyə üstünlük vermiş, qərəzçilikdən uzaq olmuşam. Cəmiyyətdə müşahidə olunan haqsızlıqlara da göz yummamış, bir sözlə, düzü düz, əyrini əyri yazmağa çalışmışam. Elə Şirvan şəhər icra başçısının müavini Elmira Ağayevanın rəvac verdiyi qanunsuzluqlara biganə qala bilməməyimin də səbəbi məhz ədalətpərvərliyim olmuşdur.


Hörmətli cənab Prezident!


Artıq bir neçə aydır ki, Xalqxeber.Az xəbər portalında Elmira Ağayevanın Şirvan şəhərində yol verdiyi əyrintilər və hüquqpozmaları barədə tənqidi məqalələr dərc olunmuşdur. Eyni zamanda, Şirvan şəhərində baş verən məmur özbaşınalıqları ilə bağlı ölkə ictimaətinin diqqətini bu məsələyə yönəltməyə çalışmışıq.
Bütün bunları həzm edə bilməyən icra başçısı Mərdan Camalov özünün məni məhkəməyə verməyə cəsarəti çatmadığı üçün başqa bir iyrənc üsula əl ataraq məni Elmira Ağayevanın əli ilə susdurmağa çalışmışdır. Necə deyərlər Mərdan Camalov “ ilanı seyid Əhməd əli ilə tutmağa çalışır”. Elmira Ağayevanın mənə qarşı irəli sürdüyü iddiaya görə guya mən onun özünün şərəf və ləyaqətini təhqir etmişəm. O, mənim AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək bu maddələr üzrə nəzərdə tutulmuş ən yüksək cəzanın verilməsini, habelə, məndən 10000 (on min) manat pul vəsaitinin tutularaq, ödətdirilməsini məhkəmədən xahiş etmişdir.

Xüsusilə qeyd etmək istəyirəm ki, məni Şirvan şəhər məhkəməsinə verən Elmira Ağayevanın öz gəlini Gülşən Ağayeva adı qeyd olunan məhkəmənin Dəftərxana müdiri vəzifəsində işləyir. Bundan başqa həmin məhkəmənin hakimi Ziya Əliyevin köməkçisi Gülşən Ağayevanın qardaşı Elburus Ağayevdir. Deməli bu o deməkdir ki, artıq bəri başdan qərar Elmira Ağayevanın xeyirinə verilib. Belə olduğu halda hansı ədalətli məhkəmə prosesindən söhbət gedə bilər. Aydın məsələdir ki, mən məhkəmə prosesi zamanı qarşı tərəfə uduzacam və onların iddiası təmin olunacaq.
Onu da qeyd etməyi özümə borc bilirəm ki, mən dəfələrlə Şirvan şəhər icra hakimiyyəti qarşısında tədbirlərdə müavinlə görüşən zaman nəzərinə çadırmışam ki, məni Mərdan Camalovla görüşməyə şərait yaratsın. O isə mənə cavabında belə ifadə işlədib ki, elə bil sən Sabirabad rayonundansan, sən niyə öz şəhərindən tənqid yazırsan və səni başçı ilə görüşdürə bilməyəcəm. Hətta saytımızda tənqidi yazı dərc olunarkən Elmira Ağayevanın mövqeyini öyrənməyə çalışsaqda hər zaman məni acılayaraq telefonu üzümə bağlamışdır. Halbuki, mən qarşı tərəfin mövqeyini öyrənməyi hər zaman özümə borc bilmişəm.

Hörmətli cənab Prezident!

Mən Sizin siyasi dustaqların əksəriyyətinin azad olunması, pozulan insan hüquqlarının bərpası naminə apardığınız işi təqdir edir, alqışlayıram. Elə bilirəm ki, mənə qarşı açılan bu böhtan və şər kampaniyasına da biganə qalmayacaqsınız.

Çünki bu hadisə birbaşa söz azadlığına qarşı qəsddir.
Çünki Siz dəfələrlə çıxışlarınızda demisiniz ki, mən hər bir Azərbaycanlının Prezidentiyəm və onlara diqqət, qayğı göstərmək vəzifə borcumdur. Siz mətbuat nümayəndələrinin dostusunuz və inana bilmərəm ki, sizin dostunuz olan jurnalistləri cəzalandırsınlar.

Elə isə yol verməyin sifarişli məhkəmə məni bəlaya salsın. Əminəm ki, insan və vətəndaş hüquqlarına hörmətsiz yanaşan Şirvan şəhər icra hakimiyyətinin işçilərinə həmfikir olmazsınız. Odur ki, köməklik göstərməyinizi xahiş edirəm.
Qabaqcadan minnətdarlığımı bildirirəm.

Peyman Sadıqov

Xalqxeber.Az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.