Məhkəmədə işləmək istəyəndən 15 min alıb aldatdılar


Məhkəmədə işləmək istəyəndən 15 min alıb aldatdılar

Font ölçüsü

dele.jpg

Bakıda baş vermiş daha bir dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub.

Lent.az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü Əliyev Azər Ağaqulu oğlu şikayət ərizəsində qeyd edib ki, keçən ilin martında S.Vəzirov küçəsində Teymur adlı tanışına 15 min manat verib. Həmin şəxs bu pulun qarşılığında A.Əliyevi məhkəmə orqanlarında işə düzəldəcəyinə söz versə də, sonradan vədinə əməl etməyib.

A.Əliyev pulunu ala bilmədiyi üçün polisə müraciət edib.

Araşdırma aparılır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.