Zakir Qaralov yenidən Azərbaycan Respublikasının Baş Prokuroru təyin edildi


Zakir Qaralov yenidən Azərbaycan Respublikasının Baş Prokuroru təyin edildi

Font ölçüsü

qaralov.jpg

Milli Məclisin bu gün keçirilən iclasında baş prokurorun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması ilə bağlı sənədə baxılıb.

Dosye.org APA-ya istinadən bildirir ki, sənəd barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş illiyə baş prokuror təyin edilməsi təklif olunur.

Ə. Hüseynli Z. Qaralovun fəaliyyəti barədə məlumat verərək, bu fəaliyyəti yüksək qiymətləndirib.

Daha sonra Z. Qaralov növbəti beş illiyə baş prokuror təyin edilib.

İclasa qatılan Zakir Qaralov etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Mən bu etimadı bütövlükdə prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağıq”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.