Binəqədidə "qoçu dəstələr" icra başçısı üçün hərəkətə keçib


Binəqədidə "qoçu dəstələr" icra başçısı üçün hərəkətə keçib

Font ölçüsü

icra.jpg

Rayonda tikinti işləri aparan hər kəs Orxan adlı şəxsə «hesab» verməlidir, etiraz edənlər isə evinin qarşısında buldezerlə qarşılaşır

Binəqədi rayonunda bir dəstə «qoçu» «sakinlərin gününü göy əskiyə büküb». Heç bir qanun və hüquq tanımayan bu mütəşəkkil dəstə istədiyi adamın evini sökür, istədiyi adama tikinti üçün icazə verir. Bu barədə AzFakt.com-a ünvanlanan şikayətdə bildirilir ki, dəstə birbaşa Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova tabedir və hər gün də gördükdəri «işlərlə» bağlı başçıya birbaşa məlumat verirlər.

Daxil olan şikayətdə bildirilir ki, mütəşəkkil dəstəyə Orxan, Nicat, Zaur, Ramin, Fuad, Arif və başqa bir neçə nəfər daxildir. Həmin dəstəyə isə Xaləddin İsgəndərovun ailə sürücüsünün oğlu Orxan adlı şəxs başçılıq edir. Belə ki, dəstə Binəqədi rayonunda tikinti işlərinə bütün nəzarəti həyata keçirir. Binəqədidə heç kim Orxanın qeyri-rəsmi razılığ olmadan daşı-daş üstünə qoya bilməz. Orxan və dəstəsi açıq şəkildə Binəqədi rayonunun ərazisindəki qəsəbə və kəndlərdə terror küləyi əsdirirlər. Hər şeyin öz qiyməti var və qiymətlər bir qayda olaraq dəyişir. Ortalama olaraq isə bir mərtəbəli ev üçün 10 min manat, iki mərtəbəli ev üçün 20 min manat, mansard üçün 5 min manat alırlar. Şikayətçilər bildirirlər ki, mütəşəkkil dəstə bu vəsaiti almadan heç kimə tikinti aparmağa icazə vermirlər. Tikinti aparan şəxslərin isə evlərini başlarına yıxırlar.

Qəribə odur ki, həmin dəstə heç bir rəsmi funksiya daşımır, sadəcə icra başçısı Xaləddin İsgəndərovdan «külli-ixtiyar» aldıqlarını bildirirlər.Mütəşəkkil dəstəninin başçısı Orxan, Nicat adlı şəxslərin Biləcəri icra nüaməyəndəsində, Arif və Fuadın Binəqədi kənd icra nümayəndəsində işlədiyi bildirilir. Qeyd edilir ki, Orxan adlı şəxsin 99 HH 434 nömrəli “Niva” markalı avtomobili ilə gün ərzində öz dəstəsi ilə rayon ərazisini gəzərək tikinti aparan şəxslərin işini dayandıraraq “hesabını” almamış əl çəkmir.

Şikayətdə o da qeyd olunur ki, İcra başçısı Xaləddin İsgəndərov bu mütəşəkkil dəstənin hər birinə ayda 5 min manat verir. Bunu Orxan və Nicatın dəfələrlə çəkinmədən özlərinin söylədikləri bildirilir. Onların tək vəzifəsi isə «icazəsiz» tikinti aparan şəxslərdən «hesab» almaq, verməyənlərin evlərini isə başlarına yıxmaqdır.

Bildirilir ki, Orxan əslən Tərtər rayonundandır və o, hər zaman hamının içində uca səslə, «Xaləddin İsgəndərovun qucağında böyüdüyünü və buna görə heç kəsdən qorxmadığını» deyir. Şikayətdə o da qeyd olunur ki, adı çəkilən şəxslər gecə gündüz Binəqdi ərazisini polis müşaiyyəti ilə gəzirlər. Sadəcə polislər kənarla durur, ancaq dava-dalaş olduqda müdaxilə edirlər. Mütəşəkkil dəstənin ay ərzində Xaləddin İsgəndərova 500 - 600 min manat arası vəsait verdiyi deyilir.

Bildirək ki, adı çəkilən şəxslərin Binəqədi rayonunda Xalədddin İsgəndərovun adı və tapşırığı ilə tikintiyə icazə verməklə vətəndaşlardan qanunsuz hesab yığan bu şəbəkə ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə daha təfərrüatlı məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.