Ağdam rayonunun Quzanlı qəsəbəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilən tədbir keçirilib


Ağdam rayonunun Quzanlı qəsəbəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilən tədbir keçirilib

Font ölçüsü

quz.jpg

Rayon ictimaiyyətinin, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, gənclərin və N saylı hərbi hissənin əsgərlərinin qatıldıqları tədbirdə çıxış edənlər İkinci Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı, ön və arxa cəbhələrdə göstərdikləri misilsiz rəşadətdən, faşizm üzərində qələbənin qazanılmasında rolundan danışıblar.

Bildirilib ki, Böyük Vətən müharibəsində 7361 nəfər ağdamlı alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 3686 nəfəri həlak olub. Çıxışlarda qeyd edilib ki, alman faşizmi məğlub edilsə də, erməni faşizmi hələ də öz çirkin əməllərini davam etdirir. Əminliklə bildirilib ki, 1945-ci ildə alman faşizmi üzərində qələbənin qazanılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə çalacaq.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi veteranlarına xüsusi diqqət və qayğısından söhbət açılıb. Veteranlar çıxış edərək müharibə ilə bağlı təəssüratlarından, azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaətdən danışıb, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya ilə başa çatıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.