Biləcəri Bələdiyyəsində pul «razborkası»


Biləcəri Bələdiyyəsində pul «razborkası»

Font ölçüsü

bil1.jpg

İlham Xəlilovun icra başçısının pul yığanı Nicatla davası düşüb, bələdiyyə sədrini döymək istəyiblər

Biləcəri qəsəbə bələdiyyəsinin sədri İlham Xəlilovla Nicat adlı şəxslə aralarında ciddi problem yaranıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, problemə səbəb qəsəbədə satılmış torpaq sahələrindən əldə olunmuş pulların bir qisminin «yoxa çıxması» olub.

Məlumatda qeyd edilir ki, Nicat adlı şəxs Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yaxın adamı və ərazi üzrə pulyığanı kimi tanınır. Onun bir müddət Biləcəri qəsəbəsi üzrə İcra Nümayəndəliyində çalışdığı vurğulanır. Bildirilir ki, Nicat həmin dönəmdə İlham Xəlilovla birlikdə torpaqların satılmasını həyata keçirmələ yanaşı, həm də tikinti üçün icazələrin alınmasını reallaşdırıb.

Tərəflər arasında yaranmış qalmaqala səbəb isə son dövrlər bələdiyyə sədri tərəfindən satılmış torpaqlardan əldə olunmuş pulların bir qisminin gizlədilməsi olub. JAM.AZ-a verilən məlumatda qeyd edilir ki, İlham Xəlilovun pulları gizlətməsindən Nicatın sonradan xəbəri olub və mərəkə də bundan sonra başlayıb. İddialara görə, başının dəstəsi ilə Biləcəri Bələdiyyəsinə gələn Nicat və adamları İlham Xəlilovdan pulları tələb ediblər. Bələdiyyə sədri deyilənləri inkar etsə də, xeyri olmayıb. Və bu səbəbdən də Nicatın yanındakı adamlardan biri ona hücum edib. Amma araya bələdiyyədə çalışanların girməsindən sonra ortalıq sakitləşdirilib.

Lakin Nicat və adamları işin bununla bitməyəcəyi barədə xəbərdarlıq da ediblər. Onlar İlham Xəlilova çatdırıblar ki, ortada yaranmış «fərq» qısa müddətdə çatdırılmasa, baş verəcək hadisələrə görə məsuliyyət daşımayacaqlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.