Ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayon Quzanlı qəsəbəsində Ağcəbədi, Tərtər və Laçın rayonundan olan vətəndaşların qəbulunu keçirib


Ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayon Quzanlı qəsəbəsində Ağcəbədi, Tərtər və Laçın rayonundan olan vətəndaşların qəbulunu keçirib

Font ölçüsü

quzan.jpg

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq mayın 15-də Ədliyyə Naziri Fikrət Məmmədov Ağdamın Quzanlı qəsəbəsində Ağdam, Ağcəbədi, Tərtər və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan Əvvəl Fikrət Məmmədov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov ümummilli lider Heydər Əliyevin qəsəbənin mərkəzində yerləşən abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.

Bundan sonra Ədliyyə Naziri, Ədliyyə və Məhkəmə fəaliyyəti, habelə digər məsələlər ilə bağlı hər bir vətəndaşı diqqətlə dinləyib. Müraciyyətlər zamanı qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, ədliyyə orqanlarına aid olmayan müraciətlər isə aidiyyatı orqanlarda baxılması məqsədilə qeydə alınıb.

Qəbulda iştirak edən vətəndaşlar, belə görüşlərin keçirilməsinə və bölgə sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.