Beyləqanın icra başçısı Bakıya çağrıldı?


Beyləqanın icra başçısı Bakıya çağrıldı?

Font ölçüsü

tofiq1.jpg

Son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə daha çox tənqid hədəfinə çevrilən Beyləqan rayonu yuxarı dairələri ciddi narahat edib. Elə bu məqsədlə də rayon icra başçısı Vaqif Abdullayev dünən bir neçə tənbeh olunması üçün çağrılan icra başçısı sırasında olub.

Rayonun adının daha çox mənfi işlərdə hallanması, başçının içkiyə və eyş-işrətə meyilli olması yerində olmadığını göstərir və bu da onu həmin posta etimad göstərən rəhbərliyi ciddi şəkildə düşündürür. Çünki Beyləqan rayonu da Azərbaycan Respublikasının tərkib hissəsini təşkil edir və orada yaşanan ən kiçik olay belə, dövlət rəhbərliyi üçün maraqlıdır. Elə bu səbəbdən də adı son vaxtlar daha çox mənfi olaylarda hallanan icra başçıları çağrılaraq onlara xəbərdarlıq olunub.
Beyləqan rayon icra hakimiyyətindən FİA.AZ saytını məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısı rayona çox məyus halda dönərək, ona ciddi xəbərdarlıq edildiyini söyləyib. Bu da Abdullayev və digər “qara siyahı”ya düşmüş icra hakimiyyəti başçılarının karyera müddətinin son aylarını yaşamalarını göstərir.

 “FİA.AZ”

P.S. Təhsildə Azad Həmkarlar İttifaqı Beyləqan rayon şöbəsinin müdiri Tahir Həsənovun necə İŞİD-çilərə dəstək verdiyini, oğlu Bəhruzun Bakıda özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul alması, digər oğlunun bir icra hakimiyyətində gördüyü işlərin qaranlıq məqamları, qudası Ramella xanıma hansı səbəbdən və kimə çatması üçün verdiyini iddia etdiyi 20.000 manatın nəticəsi, hər ay icra başçısına 1000 manat “hesab” verdiyini deməsinin arxasında dayanan gizli məqam və s. yaxın günlərdə məlumat verəcəyik.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.