İlham Əliyev və xanımı UNESCO-nun baş direktorunu qəbul edib


İlham Əliyev və xanımı UNESCO-nun baş direktorunu qəbul edib

Font ölçüsü

mehri.jpg

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.

Görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirilib. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edilib. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub (AZƏRTAC).
Qeyd edək ki, Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında 2015-ci ilin 18-19 may tarixində III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.