Şamaxıda rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib


Şamaxıda rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib

Font ölçüsü

sam1.JPG

Dosye.org xəbər verir ki, 16 may 2015-ci il tarixdə Şamaxı rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev konfrans iştirakçıları və qonaqları salamlayaraq ölkəmizin, eləcə də rayonumuzun ictimai-siyasi həyatında ağsaqqal və ziyalıların rolunun böyüklüyündən danışmış, bilik və təcrübələrini gənclərə öyrədən bu insanların canlı tariximiz olduğunu qeyd etmişdir. Asif Ağayev həmçinin elm, mədəniyyət beşiyi olan Şamaxının ağsaqqal və ziyalılarının bütün dövrlərdə birmənalı şəkildə Azərbaycan dövlətçiliyini müdafiə edib, əsil sədaqət nümayiş etdirdiklərini xüsusi vurğulamış, onlara gələcək fəaliyyətlərində uğurlar və cansağlığı arzulamışdır.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolunu qeyd etmiş, onların gənclərimizin üçün örnək olduğunu, hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfə verdiklərini bildirmişdir. Millət vəkili həmçinin Ulu öndər Heydər Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığından, daim onlara qayğı göstərdiyindən danışmış, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin də bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulamışdır.
Konfransda Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının Humanitar və xüsusi fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mayıl Alıcanov rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Yeni seçilmiş sədri təbrik edən rayonun ağsaqqal və ziyalıları dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduqlarından böyük razılıqla danışmış, bu diqqət və qayğıya görə Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına təşəkkürlərini və rayon rəhbərliyinə də öz razılıqlarını ifadə etmişlər.

sam2.JPG

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.