"Yanğın zamanı dünyasını dəyişənlərin dəfn xərcləri ödəniləcək" - Səlim Müslümov


"Yanğın zamanı dünyasını dəyişənlərin dəfn xərcləri ödəniləcək" - Səlim Müslümov

Font ölçüsü

selim1.jpg

Bakı şəhəri Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün tədbirlər görülüb.

Dosye.org  Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Mudafiəsi naziri Səlim Müslümov bildirib.   "Bizim həmin banada yaşayanlardan iki dəfə çox əhalini yerləşdirmək üçün imkanlarımız var.

Artıq yanan binanın sakinləri üçün Sərhəd Qoşunları və Həmkarlar İttifaqının sanatoriyalarında yer ayrılıb. Vətəndaşlar öz istəyindən asılı olaraq, bu sanatoriyalarda yerləşdiriləcəklər. Orada hər cür şərait yaradılıb".  

Nazir bildirib ki, yanğın zamanı dünyasını dəyişənlərin dəfn xərcləri də dövlət tərəfindən ödəniləcək.   Qeyd edək ki, yanan binanın sakinlərinin övladlarını təhsil aldıqları məktəblərə aparması üçün nəqliyyat vasitələri də ayrılıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.