Azərbaycan Texnologiya Universitetində yoxlamalara start verildi


Azərbaycan Texnologiya Universitetində yoxlamalara start verildi

Font ölçüsü

akif1.jpg

Dosye.org xəbər verir ki, son günlər Azərbaycan Texnologiya Universitetindən arzuolunmaz informasiyalar daxil olur.

Belə ki, ötən yazılarımızda “Akif Süleymanov 3 milyon manat mənimsəyib?- ŞOK İDDİA” başlıqlı məqalə axır ki, öz təsdiqini tapdı. Gəncədən verilən məlumatlara görə hal-hazırda rektor Akif Süleymanov məlum olmayan ölkədə “istirahətdədir”. Universitetin daxilində isə vəziyyət heç də ürəkaçan deyil.

Bu dəqiqələrdə Maliyyə Nazirliyinin ciddi yoxlamaları bir daha sübüt edir ki, Akif Süleymanov artıq qanun qarşısında cavab verməli olacaq. İndicə əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, sabah Korrupsiyaya Qarşı Mübarizə İsarəsinin əməkdaşları Azərbaycan Texnologiya Universitetində baş verən hadisə ilə bağlı yoxlamalara start verəcək.

Bundan sonra rektor Akif Süleymanovla bağlı və yeyilən milyonlarla bağlı tədbir görüləcək. Müəllimlərdən biri (adı şərtdir) iddia edir ki, Akif Süleymanov məsüliyyətdən yayınmağdan ötrü Türkiyədən xəstəliyi ilə bağlı sənət göndərir. Sənədtə göstərilir ki, Akif müəllim xəstəxanaların birində əməliyyat olunur.

Azərbaycan Texnologiya Universitetində baş verən qanunsuzluqlar bir daha sübüt edir ki, təhsil sahəsində yeyilən milyonlar tam doğrudur. Hüquq mühafizə orqanlarının araşdırmaları son sözünü deyəcək. Bu arada prorektorun saxlanılması xəbəri məlumatlar sırasındadır. Adını tam dəqiqləşdirdikdən sonra ətraflı məlumat veriləcək.

Üzərimizə düşən imkanlardan istifadə edərək məlumatları ixtiyarınıza veririk. Universitetdə xadimə işləyən işçinin əmək haqqı 148 manat olduğu halda, xadiməçiyə 108 manat verilib. Bunlardan əlavə universitetdə çalışan müəllimlərin 30-40 %-nə 2 dəfə artıq maaş yazılıb. Əfsüslər olsun ki, rektorun maxinasiyaları sərbəst həyata keçirilib.

Yazılan maaşlardan yalınız müəllimlərin əmək haqları verildiyi bildirilir. Tələbələrə gəlincə təhsil haqlarının ödənilmədiyi aydın şəkildə bəlli olur. Mənbənin məlumatına görə tələbələrə bankdan gətirilən kağız göstərilir və bildirilir ki, köçürülən məbləğ ödənilib. Lakin sonradan məlum olur ki, tələbələrin ödədiyi təhsil haqları mənimsənilib.

Araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Dosye.org

akif2.jpg

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.