Milli Şura Novxanıda İstiqlal bayramı keçirdi


Milli Şura Novxanıda İstiqlal bayramı keçirdi

Font ölçüsü

eli kerimli.jpg

Bu gün Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib.

Azadliq.info bildirir ki, Milli Şura üzvləri M.Ə.Rəsulzadənin heykəli olan parka tərəf yürüş edərək Rəsulzadə və Cümhuriyyətlə bağlı şüarlar səsləndiriblər.

Yürüş iştirakçıları Rəsulzadənin heykəli qarşısına çatandan sonra ilk olaraq Milli Şura sədri Cəmil Həsənli çıxış edib.

«Tarixi keçmişinə sahib çıxmayan millətin gələcəyi yoxdur» deyən Milli Şura sədri Azərbaycan Cümhuriyyətinin yaranması tarixindən, yaradıcılarından danışıb: «Cümhuriyyəti yaradanlar təkcə mallarını yox, canlarını da millət yolunda fəda ediblər. Biz Rəsulzadə haqqında ilk həqiqətləri Əbülfəz Elçibəydən eşitmişik. O, sovet qadağalarına baxmayaraq, Rəsulzadənin gördüyü işlər barədə gizli otaqlarda yox, auditoriyalarda çıxışlar edirdi...».

«Cümhuriyyətçilər dağınıq toplumdan millət yatardılar. Bu milləti yaşatmaq bugünkü gəncliyin borcudur» - deyən Cəmil Həsənli çıxışını yekunlaşdırıb.

Sonra AXCP sədri Əli Kərimli çıxış edərək cümhuriyyət qurucularına lazımi dəyərin verilməməsindən danışıb: «Qurucu babalarımız çox haqsızlığa məruz qalıb, onları yaddaşlardan silmək istəyiblər. Bu gün də onlara qarşı ögey və qısqanc münasibət davam edir... Bu bizi incidir".

* * * 11:03

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar bu gün Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəcək.

Milli Şuranın sədri Cəmil Həsənli bu münasibətlə facebook səhifəsində vətəndaşlara müraciət edib.

Virtualaz.org bildirir ki, tədbir saat 12:30-da başlayacaq.

millisura.jpg

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.