Fərhad Əliyevdən inanılmaz addım


Fərhad Əliyevdən inanılmaz addım

Font ölçüsü

aqil.jpg

Sabiq nazir və qardaşı Almaniyada siyasi sığınacaq alıblar

2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətinin rəhbəri Rafiq Əliyev Almaniyada siyasi sığınacaq alıb. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı «Yeni Müsavat» qəzeti yayıb.

Qəzetin məlumatında deyilir ki, Almaniyadan siyasi sığınacaq almış qardaşlar hazırda İngiltərədə yaşayırlar. Buna səbəb isə sabiq nazir və qardaşının Londonda mülklərinin olmasıdır.

Həmin xəbərdə o da vurğulanır ki, siyasi mühacir statusu aldıqdan sonra qardaşlar Azərbaycan hakimiyyətinə verdikləri vədə əməl etməməyə başlayıblar. Belə ki, sabiq nazirin həbsdən çıxdıqdan sonra siyasətlə məşğul olmayacağı barədə verdiyi bəyanat artıq tarixə çevrilib. Və onun artıq siyasətə qatıldığı vurğulanır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.