Vaqif Abdullayevin aşkar cinayəti – müavin də icra başçısını “satdı”


Vaqif Abdullayevin aşkar cinayəti – müavin də icra başçısını “satdı”

Font ölçüsü

abdul.jpg

Adı dəfələrlə müxtəlif qalmaqallarda hallanan Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı redaksiyamıza yeni məlumat daxil olub.

Beyləqandakı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə ötən il istifadəyə verilmiş Beyləqan şəhər stadionu ətrafındakı qalmaqal icra başçısına ciddi başağrısı ola bilər. Məsələ burasındadır ki, icra başçısı stadionda təmir-bərpa işləri görən şirkətin pulunu sözün həqiqi mənasında “atıb”.

Mənbəmizin sözlərinə görə ötən ilin fevral ayında icra başçısı V.Abdullayev İSPİK şirkətinin başçısı Qabil Mustafayevi qəbul edib və Beyləqanda olanda stadionun bərpa işlərini onlara təklif edib. Bizim bu işlərdə təcrübəmiz olduğu üçün onun təklifini qəbul elədik. 2014-cü ilin aprel ayında bərpa işlərinə başladıq”.

Biz Prosesin detallarından tam xəbərdar olan mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və V.Abdullayev bununla razılaşıb. Amma maraqlıdır ki, tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-ün aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırır. Sonda isə icra hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat pul verilir. Onu da bildirək ki, bütün bu məlumatlarln rəsmi təsdiqi haqda da cumhuriyyet.az məlumat əldə edib.

Belə ki, Beyləqan RİH başçısının müavini Məmməd Qələndərov İSPİK şirkətinin həqiqətən də Beyləqan şəhərindəki stadionun bərpa işlərini gördüyünü və bu işlərə görə icra hakimiyyətinin 600 min manata yaxın pul xərclədiyini etiraf edib. Ən başlıcası isə müavin icra hakimiyyətinin aşkar cinayətini də təsdiqləyib: “Biz İSPİK şirkəti ilə heç bir müqavilə bağlamamışıq, işlər belə demək mümkündürsə, tanışlıq əsasında görülüb”.

Beyləqandan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, İSPİK şirkəti ona çatmalı olan pulla bağlı icra başçısından “bandotdel”ə şikayət edib. Araşdırmaların başlayacağı təqdirdə isə V.Abdullayevi o qədər də xoş sonluq gözləmir. Binəqədidəki məlum faciədən sonra icra hakimiyyətlərinin müqaviləsiz hər hansı şirkətlə anlaşmasına göz yumulacağı ehtimalı azdır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.