Mübariz Ağayevdən Göyçayda baş verən hadisə ilə bağlı AÇIQLAMA


Mübariz Ağayevdən Göyçayda baş verən hadisə ilə bağlı AÇIQLAMA

Font ölçüsü

mubaq.jpg

Dosye.org Vətəninfo.az-ya istinadən xəbər verir ki, bu gün mətbuatda Göyçay rayon İcra hakimiyyətinin başçısı Mübariz Ağayevin bacısı oğlu keçmiş polis işcisi və Qarabağ döyüşcüsü Vüqar Musəviyə məxsus evə basqın edib.

Yayılan məlumatla bağlı müxbirimizlə danışam Mübariz Ağayev bildirdi ki, əgər doğurdan da hansısa hadisə baş veribsə, bu haqda polisdə qanuni çərçivədə qeydiyat aparılır.

“Gəlib yoxlasınlar görsünlər belə bir hal olubmu? İkincisi də mənim yüzlərlə qohumum var, onların hansısa bir hərəkətinin mən nə aidiyyatı var. Bu ölkədə qanunlar var və bu qanunlar çərçivəsində ölçü götürülür. Bu böyüklükdə yalanı necə və hansı şəkildə yayırlar mən anlaya bilmirəm. Ona görə də belə şeylərin başını buraxmaq lazımdır. Dövlət var, dövlətin müvafiq orqanları var, əgər hadisə olubsa onlar ölçü götürəcəklər”. Mübariz Ağayev qeyd etdi ki, o bu gün Göyçay rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri ilə məşğuldu və kimin harda nə iş görməsi onu o qədər də maraqlındırmır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.