“Təzə bazar” rəhbərinə qarşı ŞOK İDDİA– Vaqif Şıxəliyevin əməlləri ölkənin imicinə xələl gətirir- YENİLƏNİR


“Təzə bazar” rəhbərinə qarşı ŞOK İDDİA– Vaqif Şıxəliyevin əməlləri ölkənin imicinə xələl gətirir- YENİLƏNİR

Font ölçüsü

bazar12.jpg

Təzə Bazarla bağlı mediada dəfələrlə qalmaqallı xəbərlər yayılıb. Bu məkanın hazırki sahibi olan Vaqif Şıxəliyevin qanunsuz əməlləri, xüsusilə də bazarı zorakılıq yolu ilə ələ keçirməsi haqda uzun müddət yazıldı. Amma maraqlıdır ki, V.Şıxəliyev haqda heç bir ölçü götürülmədi və o bazara tam olaraq sahibləndi.

Cəzasız qalması Vaqif Şıxəliyevi yeni qanunsuzluqlara sövq edib. Belə ki, bu dəfə dosye.org saytına daxil olan məlumatda bazar sahibinin bu ərazidə yerləşən obyekti sökərək, ərazini ələ keçirməsi haqda məlumat daxil olub. Həmin məlumatda sökülən obyektin bütün sənədlərinin qaydasında olmasına baxmayaraq V.Şıxəliyevin mülkiyyətçinin hüquqlarını pozduğu və onu aldatdığı bildirilir. Belə ki, sahibkarın (müəyyən səbəblərdən obyekt və onun sahibi haqda konkret məlumatları növbəti yazımızda təqdim edəcəyik – red.) ölkədə olmamasından istifadə edərək Təzə Bazar rəhbəri obyekti sökdürüb və sonradan sahibkarla söhbətdə ona 3 milyon konpensasiya verəcəyini bildirsə də bu vədinə əməl etməyib. Əksinə, öz haqqını müdafiə etmək istəyən sahibkarı hədələyib.

Onu da bildirək ki, qanuni yolla öz mülkiyyət hüquqlarını bərpa edə bilməyən sahibkar qarşıdakı günlərdə də müraciət etdiyi orqanlardan cavab almayacağı təqdirdə Avropa Oyunları zamanı məsələni ictimailəşdirməyi və bu yolla V.Şıxəliyevə təzyiq göstərməyi düşünür. Bu isə bir bazar rəhbərinin qanunlara saymamazlığının dövlətimizin imicinə zərbə vurması ilə nəticələnməsi deməkdir. Bütün bu məsələlər haqda redaksiyamıza rəsmi sənədlərlə təsdiq olunan məlumatlar daxil olub. Ətraflı araşdırmalarımızdan sonra bununla bağlı geniş araşdırmamızı diqqətinizə çatdırıracayıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.