Azərbaycan-Polşa işgüzar görüşü keçirilib


Azərbaycan-Polşa işgüzar görüşü keçirilib

Font ölçüsü

polsa.jpg

Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin iştirakı ilə iyunun 2-də Azərbaycan-Polşa işgüzar görüşü keçirilib.

İqtisadi İnkişaf Nazirliyinindən ANS PRESS-ə bildirilib ki, Bakı Biznes Mərkəzində təşkil olunmuş tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, tikinti, maliyyə, ekologiya, inşaat materiallarının istehsalı və digər sahələri təmsil edən iş adamları iştirak edib.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin və görüşlərin əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan-Polşa əlaqələri bir çox sahələri, o cümlədən iqtisadi sahəni əhatə edir və uğurla inkişaf etdirilir. Azərbaycan və Polşa arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan Şahin Mustafayev kənd təsərrüfatı, sənaye, infrastruktur, İKT, turizm, energetika və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilmiş, ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin, müasir infrastrukturun yaradıldığı vurğulanmış, polşalı iş adamları fəal əməkdaşlığa dəvət edilib.

Y.Pexoçinski Polşa və Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyib, ölkəmizdəki inkişafın Polşa tərəfində böyük təəssürat yaratdığını vurğulayıb. Polşa iqtisadiyyatına dair məlumat verən cənab Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Vurğulanıb ki, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və turizm sahəsində Azərbaycan böyük potensiala malikdir və Polşa tərəfi ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Bundan başqa, sənaye, kiçik və orta sahibkarlıq, investisiya və s. sahələrdə də ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün imkanlar vardır. İşgüzar görüş çərçivəsində Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin genişləndirilməsi (kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, turizm, ekologiya və digər sahələrdə) perspektivləri müzakirə edilib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkəmizin biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib, Polşa şirkətləri isə fəaliyyətləri barədə məlumat veriblər. İşgüzar görüş sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.