“Hər Laçınlı ailədən orduya bir zabit” devizinin reallaşması üçün məqsədyönlü tədbirlər davam etdirilir


“Hər Laçınlı ailədən orduya bir zabit” devizinin reallaşması üçün məqsədyönlü tədbirlər davam etdirilir

Font ölçüsü

lacin123.jpg

Ərazisi işğal altında olan Laçın rayonda ən çox diqqət yönəldilən məsələlərdən biri də yeniyetmə və gənclərin ali hərbi məktəblərə istiqamətləndirilməsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2013-cü il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Qarabağ müharibəsinin fəal iştirakçısı Akif Səlimov vəzifəsinin icrasına başladığı ilk günlərdən etibarən yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların ali hərbi məktəblərə istiqamətləndirilməsi istiqamətində fəal şəkildə təbliğat işinin aparılmasına ciddi ehtiyac olduğunu bildirmiş və bu yöndə bir sıra təşəbbüslərlə çıxış etmişdir. Bu təşəbbüslər artıq ilk bəhrəsini vermiş, laçınlı gənclərdən 2013-cü ildə 7, 2014-cü ildə 12 nəfər ali hərbi məktəblərə daxil olmuşdur.

Cari dərs ilində bu istiqamətdə məqsədyönlü tədbirlər davam etdirilmiş, 2015-ci il 1 iyun vəziyyətinə olan məlumata əsasən Laçın rayonunun ümumtəhsil məktəbləri üzrə ali hərbi məktəblərə sənəd vermək arzusunda olan 42 nəfərdən 28 nəfəri tibbi komissiyadan keçmiş, hazırda onlar qəbul imtahanlarına ciddi hazırlaşırlar. Bu əhəmiyyətli məsələdə həmin yeniyetmə və gənclərinizə uğurlar arzulayırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.