Ərdoğan: “Almaniya sinifdə qaldı”


Ərdoğan: “Almaniya sinifdə qaldı”

Font ölçüsü

erdoqan.jpg

“Misirdə demokratik seçkilərlə hakimiyyətə gəlmiş Məhəmməd Mursinin devrilməsini və ona ölüm hökmünün verilməsini qəbul edə bilmərik”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, Qərbin bu məsələyə ikili yanaşdığını bildirib:

“Misirdə demokratik seçkilərlə hakimiyyətə gəlmiş Məhəmməd Mursinin devrilməsini və ona ölüm hökmü verilməsini qəbul edə bilmərik. Çünki biz Mursini tanıyırıq. Bu məsələdə ən böyük səhvi Almaniya etdi. Bu gün Mursini devirən Əbdülfəttah Sisi (Misir prezidenti) Almaniyaya gedir və Baş nazir Angela Merkellə prezident Yoahim Qaukla görüşür. “Siemens” şirkəti ilə Misir arasında 8-9 milyard avroluq müqavilə imzalanır. Bu, Almaniyanın sinifdə qalması deməkdir. Demək ki, Qərb demokratiyanı belə anlayır. Belə xırda “Siemens bu qədər iş görəcək, bu qədər mal satacaq” bəhanəsi ilə çevriliş edənlərlə əlaqələr quracaqsınızsa, hörmətinizi də itirəcəksiniz”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.