Laçınlı məmurların İsmayıllıda «qara quzu» ziyafətində hansı planlar cızıldı?


Laçınlı məmurların İsmayıllıda «qara quzu» ziyafətində hansı planlar cızıldı?

Font ölçüsü

lacin10.jpg

Bəzi məmurların mütəmadi olaraq bir araya gəlməsi, hansısa məsələləri müzakirə etməsi ilə bağlı zaman-zaman mətbuatda fikirlər səsləndirilir. 

Hətta belə görüşlərdə, konkret bir şəxsin irəli çəkilməsi və gələcəkdə ondan istifadə edilməsi kimi addımlar atılır. Elə bu günlərdə də belə bir görüş İsmayıllı rayonunda baş tutub. Əldə etdiyimiz məlumata görə, bir neçə laçınlı məmur Dövlət Neft Şirkətində çalışan, əslən laçınlı olan bir şəxslə görüşərək İsmayıllı rayonuna üz tutublar.

Burada bir masa ətrafında qara quzunun ətindən nuş edən vəzifə sahibləri bir sıra məsələləri müzakirə edərək həmin şəxsin vəzifəyə gətirilməsi planlarını qurublar. Əsəs məsələ isə, həmin şəxsin vəzifəyə gətirilməsi, onun barəsində cəmiyyətdə müsbət imic yaradılması üçün bir sıra mətbuat orqanları ilə əlaqələrin qurulması olub. Həmin görüşdə bir çox məsələlər müzakirə mövzusu olub.

Laçın rayonunda məsul vəzifə tutan, zaman-zaman adı bir çox qaranlıq işlərdə hallanan Maşallah adlı şəxsin həmin Görüşdəki canfəşanlığı, müzakirə edilən digər məsələlərlə,konkret olaraq Laçın rayonunudakı məsul dövlət görəvlilərinin əleyhinə qurulan şərə-şur işlərlə bağlı konkret, ilginc faktlar əldə etmişik.

Tezliklə həmin faktları cəmiyyətə təqdim edəcəyik.Onuda qeyd etməyi özümüzə borc bilirik ki, Türkiyədəki seçkilərdə kürdlərin səs barajını keçməsini toy-bayram edən qaranlıq işlər ustası Maşallah və əqidədaşlarının əməllərini açacağıq.

İdeologiya.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.