İlham Əliyevlə Vladimir Putin arasında danışıqlar başladı


İlham Əliyevlə Vladimir Putin arasında danışıqlar başladı

Font ölçüsü

PUTO.jpg

Bu dəqiqələrdə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar başlayıb.

Virtualaz.org saytı Rusiya prezidentini müşayiət edən jurnalistlərə istinadən xəbər verir ki, görüş Azərbaycan prezidentinin Zuğulba iqatmətgahında baş tutub.

Bundan əvvəl Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Putinlə Ərdoğan görüşün jurnalistlərə açıq hissəsində sükuta üstünlük versələr də Azərbaycan və Rusiya prezidentlərinin görüşündə vəziyyət fərqli olub.

Putin görüşün mətbuata açıq hissəsində Rusiyanın Azərbaycan sahibkarları ilə əməkdaşlığı genişləndirməyə, o cümlədən ərzaq bazarında əməkdaşlığı genişləndirmıəyə hazır olduğunu bildirib.

“Mən bizim dövlətlərarası münasibətlərimizin səviyyəsi və xarakteri barədə qiymətləndirmələrinizi bölüşürəm”- deyə Vladimir Putin İlham Əliyevin giriş nitqinə cavab olaraq bildirib.

“Qeyd etmək istəyirəm ki, iqtisadiyyatda yaşanan turbulentliyə baxmayaraq ölkələrimiz arasında mal dövriyyəsi artır”- Putin əlavə edib.

Rusiya prezidenti bildirib ki, iki ölkə arasında mal dövriyyəsi 12 faizdən çox artıb, bu ilin birinci kvartalında artım 6 faizdən çox olub: “Bu da onu göstərir ki, Azərbaycan sahibkarları bizim bazarlarımızda yaranmış yeni situasiyadan istifadə edirlər, o cümlədən ərzaq bazarında. Qeyd etmək istəyirəm ki, bu, bizi sevindirir. Bundan əlavə əgər bu əməkdaşlıq genişlənsə, daha da yaxşı olar, biz bunda maraqlıyıq”.

Rusiya prezidenti qeyd edib ki, Moskva və Bakı ikitərəfli münasibətləri şaxələndirmək üçün çox səy göstərirlər. Onun sözlərinə görə, münasibətləri şaxələndirmək üçün zəmin var.

Həmçinin görüşün əvvəlində Rusiya prezidenti azərbaycanlı həmkarını "Bakı-2105" I Avropa Oyunlarının açılışı münasibətilə təbrik edib. Putin açılış mərasiminin “gözəl təəsürat yaratdığını, talantla və gözəl hazırlandığını” bildirib.

“Bu bayrama hazırlıq üzərində işləyənlərin zəhməti boşa getmədi”- deyə Putin vurğulayıb.

Vladimir Putinlə görüşündə prezident İlham Əliyev giriş nitqi ilə çıxış edib.

“Vladimir Vladimiroviç, sizi Azərbaycanda səmimi qəlbdən salamlamaqdan şadam, ölkəmizə xoş gəlmisiniz!”-deyə Əliyev bildirib.

Azərbaycan prezidenti həmkarını Rusiya Günü ilə bağlı bir daha təbrik edib: “Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk ki, milli bayramda - Rusiya Günündə ölkəmizə gəldiniz. Bunu ölkələrimiz arasında dostluğun və yüksək səviyyəli əməkdaşlığın təzahürü kimi qiymətləndiririk”.

Azərbaycan prezidenti bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq olduqca pozitiv və dinamik inkişaf edir, hər il münasibətlərin səviyyəsi yuxarı qalxır: “Biz sizinlə müntəzəm görüşürük - Bakıda, Moskvada, digər yerlərdə. Həmçinin bizim sahələr üzrə nazirlərimiz ünsiyyət saxlayırlar. Bütün səviyyələrdə aktiv dialoq gedir, parlamentlərarası əlaqələr möhkəmlənir, iqtisadi sferada yaxşı nəticələr var. Humanitar sferalarda əməkdaşlığımız isə nümunə sayıla bilər”.

Xatırladaq ki, Əliyev-Putin danışıqları əvvəlcə məhdud çevrədə başlayıb, danışıqlar daha sonra geniş tərkibdə davam edəcək.

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.