Masallıda 120 ziyalıya daha 200 sakin qoşulacaq


Masallıda 120 ziyalıya daha 200 sakin qoşulacaq

Font ölçüsü

rafil.jpg

Dosye.org JAM-AZ-a istinadən xəbər verir ki, bir neçə gün öncə Masallı rayonunun 120-yə yaxın ziyalıə icra başçısı Rafil Hüseynovun qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqları barədə müraciət yaydılar.

Bununla bağlı rayonun tanınmış şəxsləri mətbuat konfransı keçiriərək ölkə başçısı İlham Əliyevə, bir sıra yüksək rütbəli məmurlara, ATƏT-in Bakı ofisinin rəhbərinə, xarici ölkə səfirliklərinə, AB-nin Azərbaycan nümayəndəliyinə, KİV-lərə müraciət etdilər.

Həmin müraciətdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun rayonda yaratdığı dözülməz vəziyyətdən, rayon büdcəsindən vasitələrin mənimsəməsindən və digər qanunsuz əməllərindən bəhs edilirdi.

Müraciətdə qeyd olunurdu ki, icra hakimiyyətinin başçısı sahibkarlara qarşı “Səlib yürüşü” aparır, rayonda insan hüquq və azadlığı, xüsusi ilə yaşamaq, işləmək, mülkiyyət hüquqları kobud şəkildə pozulur. Mətbuat konfransında qeyd olunmuşdu ki, 2015-cü ildə keçirilən bələdiyyə seçkiləri zamanı icra başçısının etdiyi çoxsaylı qanunsuzluqlara etiraz olaraq 10 iyun 2015-ci il tarixdə saat 15.00-da rayon ziyalıları və ictimayyəti nümayəndələri adından “Hər evdə aclıq” aksiyası başlanılmışdı.

Bu gün Masallı rayonundan Arqument.Az-a daxil olan məlumata görə, ziyalılar aclıq aksiyasını 3 günlük dayandırıblar. Onlar İcra Hakimiyyətindən gələn nümayəndələrə bildiriblər ki, icra başçısı Rafil Hüseynov qanunsuz əməllərinə son qoymalı, sahibkarlara və vətəndaşlara basqıları dayandırmalıdır. Əks halda aksiya daha geniş vüsət alacaq, 120 nəfərin “Hər evdə aclıq” aksiyasına daha 200 sakinin qoşulacaq.

Rayon sakinlərinin sözlərinə görə, icra başçısı ziyalılarla görüşməkdən yayınır, onun əvəzində müavinləri aksiyanın təşkilatçıları ilə görüşməyə çalışırlar. Rafiq Hüseynov isə ziyalılarla görüşmək əvəzinə, məlumatların mediada yayılmasını və ictaimiləşməsini əngəlləməyə çalışır.

Məlumatda bildirilir ki, 3 günə icra başçısı rayon sakinlərinə və ziyalılara hesabat verməsə, aksiya Masallının daha bir neçə kəndini əhatə edəcək. Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, rəsmi açıqlama vermək istəmədilər.

Mövzunu diqqətdə saxlayacağıq.

Dosye.org

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.