Siyavuş Novruzovdan Arif Məmmədova ağır ittiam: "Xəyanətkar"


Siyavuş Novruzovdan Arif Məmmədova ağır ittiam: "Xəyanətkar"

Font ölçüsü

xeyanet.jpg

“Artıq Arif Məmmədov səfirlikdən geri çağırılaraq, bu vəzifədən uzaqlaşdırılıb. Düşünürəm ki, Azərbaycan dövləti tərəfindən Arif Məmmədova verilən bütün diplomatik rütbələr əlindən alınmalıdır. Çünki bu adam öz ölkəsinə və xalqına xəyanət edir”.

Bu sözləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın malı, pulu, ölkə vətəndaşlarının verdiyi vergi hesabına Arif Məmmədov gedib 20 il Avropa küçələrində boş-boş gəzib: “Görünür ki, bu adam indiyədək Azərbaycanın problemlərinin həlli və qaçqınları ilə bağlı heç bir iş görməyib, ancaq öz qarnını güdüb. Yalnız onu düşünüb ki, gedib filan yerdə filan yeməyi yesin və sairə. Arif Məmmədovun Azərbaycan xalqına və mətbəxinə qarşı həqarətlə yanaşması heç zaman ona belə bir status verə bilməz ki, o, fövqəladə və səlahiyyətli səfir statusu daşısın. Artıq bu adamı azərbaycanlı da hesab etmək olmaz. Gedib harada istəyirsə, yaşasın”.

S.Novruzov Arif Məmmədovun “Azərbaycan 2025” adlanan siyasi proqramına da toxunub: “Onun nə iddiası olursa olsun, ancaq Arif Məmmədov arxasınca üç adam da apara bilməz. Axı o kimdir? Azərbaycanda seçki azaddır, hər hansı iddiası varsa, buyurub gəlsin. Amma yaxşı olar ki, o, ilk növbədə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürsün və görsün ki, heç olmasa, 15 imza toplaya biləcək, ya yox”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.