Hədəf "Dostluq" parkında olan villaların sahibidir?


Hədəf "Dostluq" parkında olan villaların sahibidir?

Font ölçüsü

hebs1.jpg

Xeyli müddətdir hakimiyyətdə «maliyyə xəyanəti» qalmaqalı yaşanır. Həmin qalmaqala səbəb isə devalivasiyadan sui-istifadə edərək, dövlətin külli miqdarda pulunun mənimsənilməsi göstərilir.

Daha doğrusu, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin devalivasiyadan əvvəl bəzi məmurlar və iş adamları ilə əlbir olaraq, manatın dollara çevrilməsi prosesini həyata keçirilməsi hakimiyyət dairələrinin qəzəbinə səbəb olmuşdu.

Həmin proses fonunda ölkənin tanınmış 120-dən artıq iş adamı saxlanılıb. Həmin şəxslərin üst-üstə 6 milyard dollara yaxın pulu Beynəlxalq Bankdan kredit şəklində götürdüyü və manatı dollara çevirərək, xaricə çıxardıqları vurğulanırdı.
Amma həmin dönəmdə daha bir qalmaqallı məsələnin üzəri açıldı. Və məlum oldu ki, Səbayel rayonunda «Dostluq» Parkı deyilən ərazidəki villalar da qanunsuz olaraq inşa edilib. Üstəlik, bu villaların kimə məxsus olmasına dair göstərişin də prezident tərəfindən verildiyi dəqiqləşmişdi. Çünki ölkə rəhbəri keçirdiyi toplantıda açıq tezislə bəyan etmişdi ki, həmin villaları inşa etdirənlər cəzalanacaqlar.

Verilən məlumata görə, artıq DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi («Bandotdel» kimi tanınır) yaxın günlərdən etibarən həmin villaların sahiblərinin kimliyini araşdırmaq üçün əməliyyata start verəcək. İddiaya görə, bu əməliyyat fonunda onlarla şəxsin həbs edilə biləcəyi gözlənilir. Belə ki, bu şəxslər arasında icra başçıları, iş adamları və hətta məmurların da olduğu güman edilir. Məlumatda bildirilir ki, artıq bununla bağlı siyahı tərtib edilib və yekun tamamlama işləri aparılır. Ardından isə prosesə start veriləcəyi gözlənilir.

(JAM.AZ)

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.