CƏLİLABADDA MİLLİ QURTULUŞ GÜNÜ İLƏ ƏLAQƏDAR ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ


CƏLİLABADDA MİLLİ QURTULUŞ GÜNÜ İLƏ ƏLAQƏDAR ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

Font ölçüsü

15cel.jpg

İyunun 15-də Cəlilabad rayonunda Milli Qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirildir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoydular. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Tədbirin bədii hissəsi “Tut bağı” istirahət mərkəzində davam etdi.

Tədbiri giriş sözü ilə Cəlilabad RİH başçısı Əziz Əzizov açaraq bayram təbriklərini iştirakçılara çatdırdı.Əziz Əzizov çıxışında 15 iyun Milli Qurtuluş gününün Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında həkk olunan tarixi günlərdən biri olduğunu qeyd etdi. 15 iyun Milli Qurtuluş gününün respublikamızda təntənə ilə qeyd olunmasının təsadüfi olmadığını vurğulayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəmizi  vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.

Aparılan islahatlar nəticəsində respublika sürətli inkişaf yoluna qədəm qoydu. Xalqın maddi və mənəvi həyat səviyyəsi gündən-günə yaxşılaşdı. Respublikamız dünya birliyində layiqli yerlərdən birini tutdu, onun beynəlxalq nüfuzu artdı, bir sözlə, müstəqilliyimiz dönməz və əbədi oldu.Natiq 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin səyi ilə daxili və xarici siyasətdə qazanılan uğurlardan, iqtisadiyyatımızın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışdı.

Məruzəçi sonra Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən bəhs etdi, regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramlarının uğurla icra edilməsindən, dövlət başçımızın Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı son sərəncamların əhəmiyyətindən söz açdı, o cümlədən Cəlilabad rayonunun gündən-günə çiçəklənməsindən, hazırda rayonumuzda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərindən danışdı.Tədbirdə 450 nəfərə bayram süfrəsi açıldı və tədbir bayram konserti ilə davam etdi.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.