Bölgə


Saatlıda “KamAZ” daş hasara çırpılıb, sürücü ölüb

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı sakini, 1963-cü il təvəllüdlü Əliyev İlham Yusif oğlu idarə etdiyi “KamAZ” markalı 10 LB 963 dövlət nömrə nişanlı yük avtomobilini yol kənarındakı daş hasara çırpıb.

Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

dosye.az

Ağdaşda iki avtomobil toqquşub: Ölən var

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 14:00 radələrində Ağdaş-Ləki yolunun 2-ci kilometrliyində, Pirəyir kəndi ərazisində VAZ 2106 və “Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şordəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Nurəliyev Rafael İsfəndiyar oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Pirəyir kənd sakini, 1961-ci il təvəllüdlü Fikrət Dostməmmədov, Şordəhnə kənd sakini, 1989-cu il təvəllüdlü Nuralıyev Nicat Rafael oğlu, Orta Ləki kənd sakini, 1991-ci il təvəllüdlü İlyaszadə İlyas Şahlar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

dosye.az

Cəlilabad-Yardımlı yolunda iri çatlar yaranıb

Son günlər Cəlilabad rayonuna yağan qarın əriməsi nəticəsində sürüşmə zonaları yenidən aktivləşib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, daha çox rayon mərkəzindən təxminən 35 kilometr aralıda yerləşən ucqar dağ kəndi Pərdi ərazisində müşahidə olunur. Belə ki, kəndin ərazisindən keçən Cəlilabad-Yardımlı avtomobil yolunda yol yatağının çökməsi nəticəsində ərazidə iri çatlar əmələ gəlib.

Dağlarda əriyən qar suları birbaşa avtomobil yoluna axdığından vəziyyət bir qədər də çətinləşib.

Məsələ ilə bağlı 46 saylı Yol İstismar İdarəsinin əməkdaşları əraziyə baxış keçirib və aidiyyəti qurumlara məlumat verib.

dosye.az

Bakıda güzəştli mənzillərin inşası üçün yeni torpaq sahəsi ayrıldı

Bakı şəhərinin Suraxanı rayonu Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin (“MİDA” MMC) sərəncamına verilib.

Oxu.Az bu barədə Agentliyə istinadən xəbər verir.

Ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ilk növbədə ərazinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması işinə başlanılacaq.

Ərazidən şəhərsalma normalarına uyğun şəkildə səmərəli istifadə olunmasını təmin edəcək bu sənəd yaşayış massivinin həcm-planlaşdırma və funksional həllini əsaslandıracaq.

Hazırlanacaq “Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi planlaşdırılacaq.

dosye.az

Ağdaşda sürücü etibarnamə ilə avtomobil aldı, başına iş gəldi

Etibarnamə ilə aldığı avtomobilin üzərinə həbs qoyulub. Buna səbəb avtomobilin əvvəlki sahibinin borcunun olmasıdır.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Ağdaşın Qülbəndə kənd sakini Məhəmməd Cəfərovun atası 10 il əvvəl 30 illik etibarnamə ilə yük maşını alıb.

Atası 2015-ci ildə dünyasını dəyişdiyindən Məhəmməd Cəfərov avtomobilinin ilk sahibini taparaq 1 illik etibarnamə alıb. Bir müddət sonra isə nəqliyyat vasitəsini qardaşının adına qeydiyyata saldırmaq istədikdə problemlə üzləşib.

Məhəmməd Cəfərovun sözlərinə görə, avtomobilin əvvəlki sahibi bildirib ki, avtomobilə həbs külli miqdarda borcu olduğu üçün qoyulub.

İri və xırdabuynuzlu heyvanların alveri ilə məşğul olan Məhəmməd Cəfərov indi öz yük maşınından istifadə edə bilmir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilin üzərinə sadəcə həbs qoyulubsa, etibarnamə verilə bilər. Həbsdən əlavə istismarına qadağa qoyulduqda isə etibarnamə vermək mümkün deyil.

Ekspert deyir ki, Məhəmməd Cəfərov məhkəmədə iddia qaldıraraq yük maşının ona məxsus olduğunu sübut edə və həbsi ləğv etdirə bilər. Burada avtomobilin əvvəlki sahibinin ifadəsi də önəmli rol oynayır.

dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.