Göyçayda toyda qan töküldü: sahibkar qohumunu bıçaqladı


Göyçayda toyda qan töküldü: sahibkar qohumunu bıçaqladı

Font ölçüsü

Göyçay rayonunda toy mərasimində qohumlar arasında baş verən dava qanla nəticələnib.

APA-nın xəbərinə görə,  hadisə noyabrın 12-də gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu ilə şəxsi münasibətlər zəmnində dava edib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bəhruz Vəlibəyov sahibkar, Dəyanət Babayev isə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin əməkdaşıdır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.