Şamaxıda avtomobil piyadaları vurdu


Şamaxıda avtomobil piyadaları vurdu

Font ölçüsü

Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı avtomobil vurub.

Dosye.org "Report"a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil.

Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.