Ukraynanın baş prokuroru Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verdi


Ukraynanın baş prokuroru Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verdi

Font ölçüsü

Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib ki, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqinin yanına gəlməsi üçün bir sutka vaxt verir.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

Onun sözlərinə görə, 24 saatdan sonra qanun keşikçiləri hər şeyi edəcəklər ki, Saakaşvili şübhələrin təqdim olunması və ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi üçün müstəntiqin qarşısına çıxsın.

"Hesab edirəm ki, sabah saat 9.00-da Saakaşvilinin UTX müstəntiqinin yanına gəlişi ölkəni əlavə sarsıntılardan qurtaracaq. Saakaşvilini öz sözlərinə görə cəsarət və məsuliyyət nümayiş etdirməyə çağırıram", — deyə baş prokuror parlamentdə çərşənbə axşamı çıxış edərkən bildirib.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.