ABŞ Dövlət Departamenti Saakaşvilinin müdafiəsinə qalxdı


ABŞ Dövlət Departamenti Saakaşvilinin müdafiəsinə qalxdı

Font ölçüsü

ABŞ Ukraynada bütün tərəfləri Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ətrafındakı vəziyyətlə bağlı zorakılıqdan çəkinməyə çağırır.

Virtualaz.org bildirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xəzər Nauert deyib.

"Biz bu vəziyyəti və Kiyevdə baş verənləri  diqqətlə izləyirik. Biz Ukrayna hökuməti ilə sıx əlaqədəyik, siz bilirsiniz ki, bizim onlarla yaxşı münasibətlərimiz var, amma bu o demək deyil ki, biz hər şeydə onlarla tamamilə razıyıq. Biz Ukrayna hakimiyyətini vəziyyətin de-eskalasiyasına çağırırıq… Biz bütün tərəfləri zorakılıqdan çəkinməyə, hüququn aliliyini qorumağa və  beynəlxalq öhdəliklərə əməl  etməyə səsləyirik", — deyə Nauert brifinqdə bildirib.

"Əgər Ukrayna hakimiyyəti kimisə saxlayırsa, həbs edirsə, bu o ölkənin qanunlarına və normalarına, eləcə də  insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə uyğun olmalıdır”, - X.Nauert vurğulayıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.