Netanyahu: Qüds İsrailin paytaxtı olaraq qalacaq


Netanyahu: Qüds İsrailin paytaxtı olaraq qalacaq

Font ölçüsü

Fələstinlilərlə istənilən razılaşma çərçivəsində Qüds İsrailin paytaxtı olaraq qalacaq.

TASS bildirir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

O, israillilərin qeyd etdiyi Qüds gününə və sabah ABŞ səfirliyinin Qüdsə köçürülməsi tədbirində iştirak etmək üçün gələn amerikalı qonaqların şərəfinə təşkil olunmuş qəbulda deyib: “Qüdsün İsrailin paytaxtı kimi tanınması səbəbindən ABŞ prezidenti Donald Trampa minnətdarıq və həmişə minnətdar olacağıq. Artıq sabah ABŞ səfirliyinin Qüdsə köçürülməsi prosesi baş tutacaq. Bu qərar bir həqiqəti xatırladır: Qüds 3 min il İsrailin paytaxtı olub, son 70 ildə də İsrailin paytaxtıdır və hər zaman İsrailin paytaxtı olaraq qalacaq”.

 Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.