Respublika Veteranlar Təşkilatına yeni sədr seçilib


Respublika Veteranlar Təşkilatına yeni sədr seçilib

Font ölçüsü

Bu gün Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış edib. İclas iştirakçıları veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər.

Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunub. Təşkilatın ümumi fəaliyyətinin gücləndirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib.

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən qurumun sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif edilib.

Qeyd olunan təkliflər səsə qoyularaq yekdilliklə qərar qəbul olunub.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.