Yol polisi sürücülərə xəbərdarlıq etdi


Yol polisi sürücülərə xəbərdarlıq etdi

Font ölçüsü

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə tövsiyə edib.

İdarədən Moderator.az-a verilən məlumatda qeyd olunur ki, sürücülərə yağmurlu hava şəraitində, xüsusilə yağışın yeni başladığı vaxtlarda son dərəcə ehtiyatlı olmaları, ərazidə icazə verilən maksimum sürət həddindən asılı olmayaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanlarının, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərdən istifadə olunmamalıdır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.