“Mənim inkişafım regionun inkişafıdır” adlı tədbir keçirilib- FOTOLAR


“Mənim inkişafım regionun inkişafıdır” adlı tədbir keçirilib- FOTOLAR

Font ölçüsü

Dosye.az xəbər verir ki, Noyabrın 23-25 aralığında Ağdam, Beyləqan və Ağcabədi rayonlarında “Mənim inkişafım regionun inkişafıdır” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə 8-ci qrand müsabiqənin qalibi Elşən Abbasov çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi iqtisadi biliklerin habelə marketinq, sahibkarlıq, region gənclərinin sosial aktivliyini daha da artırmaqdır.

Beşinci və səkkizinci qrand müsabiqələrin qalibi Elşən Abbasov region gəncləri qarşısında çıxış edərək bildirib ki, region gənclərinin özünü inkişaf etdirməsinə kömək üçün onlar əllərindən gələn hər şeyi etməyə hazırdırlar:

“Hər bir gəncin özünü fərdi şəkildə inkişaf etdirməsi, onlara sosial aktivlik sahəsində yol göstərmək bizim müqəddəs vəzifəmizdir. Bunun üçün hər kəs öz istedadının hansı sahəyə kodlaşdığını kəşf etməlidir. Səylə çalışmalı, regionun sosial-iqtisadi və mədəni tədbirlərində fəal iştirak etməlidir. Hər bir fərdin inkişafı regionun yüksəlişi ilə parallellik təşkil edir. Bu gün bizim buraya yığışmağımızın məqsədi də elə gənclərin fərdi inkişaf prinsipləri haqqında gənclərimizi maarifləndirməkdir”.

Daha sonra Elşən Abbasov bildirib ki, ölkə prezidenti İlham Əliyev regionların iqtisadi inkişafını daima diqqətdə saxlayaraq, iqtisadi-sosial layihələrin inkişafında gənclərin rolunu xüsusi qiymətləndirib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.