Qazaxstanda "Azərbaycan Cəmiyyətinin" fəaliyyəti yoxlanılacaq- İDDİA


Qazaxstanda "Azərbaycan Cəmiyyətinin" fəaliyyəti yoxlanılacaq- İDDİA

Font ölçüsü

Dosye.org saytında yayımlanan “Qazaxstandakı “Azərbaycan Cəmiyyəti” Bakı ilə Astanın arasını vurur?” başlıqlı məqalə Qazaxstanda böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, Qazaxstan Respublikasında diaspor təşkilatı adı altında fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti” adlı qurum iki ölkə arasında nifaq salmaqdan belə çəkinmir. Bu barədə ötən yazılarımızda məlumat vermişdik.

Alma-Ata şəhərindən dosye.org-a məlumat verən mənbə iddia edir ki, “Azərbaycan Cəmiyyəti”  ətrafında birləşən şəxslər öz şəxsi maraqlar naminə bütün saxta oyunlardan yaralanmağa çalışır. Qərib adlı diaspora sədri güya cəmiyyət üçün lazımı işlər görür. Mənbəmiz daha sonra əlavə edir ki, Alma-Ata şəhərində yaşayan, əslən Azərbaycanın Ucar rayonundan olan Əli adlı polis əməkdaşı milləti aşağılamaqdan ötrü hər şey edir. Maraqlısı büdür ki, damarında Azərbaycanlı qanı axan bir kimsə öz milli dəyərlərini tapdağ altına ataraq xalqımızın ünvanına iftiralar səsləndirir. Təbii ki, bütün bunlar zamanın ixtiyarına verilir.

Bir faktı etiraf etmək lazımdır ki, Azərbaycan xalqı dünyanın istənilən ölkəsində öz mədəniyyəti ilə seçilir. Əbulfəslər, Əlilər, Qəriblər, Qəhrəmanlar qoy başqa xalqlara sığınsınlar. Amma iki qalx arasında konfilikt yaratmasınlar. Bu gün böyük qazax xalqı, eyni soy-kökdən olduğumuz türk qardaş-bacılarımız yaxşı xatırladır ki, iki xalq qədim tarixdən eyni ənənələrə malikdir. Müstəqillik yolunda eyni vaxtlarda addımladığımız, qoşa azadlığa can atdığımız Qazaxıstan da bu gün ölkəmiz kimi güclü, qüdrətli bir türk dövlətinə çevrilib.

Ulu öndər Heydər Əliyev və Qazaxıstan lideri Nursultan Nazarbayevin əsasını qoyduqları birlik, bərabərlik, qardaşlıq ideyaları bu gün cənab prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Əfsuslər olsun ki, bütün bu təqdirəlayiq və davamlı işlərə kölgə salmaq üçün "xırda fiqurlar" öz iyrənc əməllərindən bir addım belə geri çəkilmək istəmirlər. Bəlkə də, Qazaxstan Respublikasının prezidenti Nursultan Nazarbayevin qardaşı Bolad Nazarbayev qazax xalqının səsinə səs verəcək. Ən azından xalq yazıçısı Səbit Mukanov adına parkın zəbt edilməsinə etiraz edərdi. Düzdür,  Bolad Nazarbayevin səhətində ciddi problemlər buna imkan vermir. Elə bu baxımdan Əbulfəs Xamedov imkanlardan maksimum yaralanmağa çalışır.

İnanaq ki, iki qardaş xalq arasında münasibətlərin gərginləşməsidən ötrü çalışan bəzi quvvələr ifşa ediləcək. Və Qazaxstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayev məsələni ciddi nəzarətə götürəcək. Araşdırmalarımız davam edir...

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.