Van Dammın oğlu həbs olundu


Van Dammın oğlu həbs olundu

Font ölçüsü

Aktyor Jan-Klod Van Dammın kiçik oğlu Nikolas Van Varenberq həbs olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 21 yaş gənc hazırda Arizona ştatının Temp rayonundakı həbsxanada saxlanılır.

Nikolas narkotik maddədən istifadə etdiyi və qonşusu bıçaqla hədələdiyi üçün həbs olunub.

Belə ki, aktyorun oğlu yaşadığı binada lifti yumruqlayaraq səs-küy yaratdıqdan sonra qonşular polisə xəbər veriblər. Polis liftkəki qan izləri ilə Varenberin yaşadığı mənzilə gəliblər. Orada axtarış zamanı mənzildən narkotik maddə və bıçaq tapıblar. Məlum olub ki, gənc oğlan bıçaqla qonşusunu hədələyibmiş.

İnsidentlə bağlı aktyor açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Van Dammın Byanka adlı bir qızı Kristofer, Nikolas adlı iki oğlu var. Byanka və Kristofer atalarının yolunu davam edirlər.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.