Erməni və azərbaycanlı qanuni oğru ittifaq yaradır


Erməni və azərbaycanlı qanuni oğru ittifaq yaradır

Font ölçüsü

Rusiya mafiyasına liderlik uğrunda savaşa başlamaq üçün əslən erməni olan qanuni oğru Eduard Asatryan (Edik Osetrina) güclü koalisiya yaradır.

 Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. Agentlik artıq Asatryanın Gela Kardava (Gela Qalski) və Vaqif Süleymanovla (Vaqif Bakinski) ittifaq yaratdığını bildirib:

 “Asatryan hər gün müxtəlif qanuni oğrularla danışıqlar aparır. Tərəfdarlarını daha çox keçmiş dostları arasında axtarır. Mənbəmizin məlumatına görə, Asatryan qanuni oğru Georgi Diakvnişvili (Giya Dlinnıy) ilə razılaşma əldə edib. Vaqif Süleymanovla da məsləhətləşmələrə start verilib. Maraqlı məqam odur ki, Aslan Usoyanın (Ded Xasan) dönəmində Süleymanov Asatryana heç də yaxşı münasibət bəsləmirdi.

 Vaqifin indi ciddi maliyyə resursları var. O, böyük göy bazarındakı bir sıra proseslərə nəzarət edir. Vaqif hər zaman böyük döyüşçülər qrupu olmamasından əziyyət çəkib. Məhz buna görə bir zaman o, Nadir Səlifovla (Lotu Quli) koalisiyaya girməyə məcbur olub. O zaman da bu ittifaq ilk baxışdan etibarlı görünmürdü və daha çox ümumi düşmən sayılan Rövşən Lənkəranskiyə qarşı nəzərdə tutulmuşdu. Rövşənin ölümündən sonra Vaqif yeni güc axtarmaq məcburiyyətində qalıb və bunu Asatryanın yanında tapıb. Vaqif və Asatryanın həmçinin ümumi düşməni də tapılıb. Bu, Dağıstandan olan qanuni oğru Əmirdir”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.