Rusiyada qətl törədən azərbaycanlıya hökm oxundu


Rusiyada qətl törədən azərbaycanlıya hökm oxundu

Font ölçüsü

Rusiyada qətl törədən Azərbaycan vətəndaşı 9 il 6 ay azadlıqdan məhrum edilib.

APA-nın verdiyi məlumata görə, qətl bu ilin aprelində Orsk şəhərinin Çerniqovsk küçəsində törədilib.

Cinayət işinə Oktyabr Rayon Məhkəməsində baxılıb. Azərbaycan vətəndaşı qadın qohumlarına qarşı təhqiramiz davranış sərgiləyən şəxsdən qisas almaq üçün 30 min rubla tapança alıb və tapançadan 4 dəfə atəş açmaqla həmin şəxsi qətlə yetirib. Məhkəmə hadisənin baş vermə şəraitini, Azərbaycan vətəndaşının günahını etiraf etməsini, istintaqa aktiv kömək etməsini, himayəsində azyaşlı uşaq olmasını nəzərə alıb.

Azərbaycan vətəndaşı 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.