KXCP hüquqları müdafiəsiz qalmış vətəndasları birliyə çağırır


KXCP hüquqları müdafiəsiz qalmış vətəndasları birliyə çağırır

Font ölçüsü

13 noyabr 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, Milli Məclisin “Vəkillər və Vəkillik fəaliyyəti haqqında Qanuna” edilən “nümayəndəlik institutunun ... ləğvi haqqında” əlavə və dəyişikliklər müzakirə olunmuş, bəyanat qəbul edilmişdir. Bəyanatda deyilir:

“KXCP, Azərbaycan vətəndaşlarının incan haqqlarını heçə sayan yeni əlavənin hər kəsin əleyhinə olduğunu bəyan edir. Bu qanunu qəbul edənlər, lehinə səs verənlər, yaxın zamanlarda özünüz də, hüququ yardımdan məhrum olacaqsınız. Bu qanun, Azərbaycan məhkəmələrinin azad olmadığının təsdiqidir. Hüquqi müdafiəsiz qalmış bütün Azərbaycan vətəndaşlarını və əlaqədar qurumları nümayəndəlik institunun ləğvinə qarşı mübarizədə bir olmağa çağırırıq! KXCP, bu yolda atılan bütün addımları dəstəkləyir”.

KXCP, 12 noyabr 2017-ci ildə baş vermiş zəlzələdə həyatını itirmiş insanlara ALLAHdan rəhmət diləyir, ailələrinə və yaxınlarına baş sağlığı verir. Yaralılara ALLAHdan şəfa diləyir.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.