“Göyçay-Avtonəqliyyat” ASC-nin rəhbəri barəsində olan yazıları təkzib etdi


“Göyçay-Avtonəqliyyat” ASC-nin rəhbəri barəsində olan yazıları təkzib etdi

Font ölçüsü

Dosye.org saytında yayımlanan ""Göyçay Avtonəqliyyat" ASC-nin səhimdarları ayağa qalxdı: PREZİDENTƏ ŞİKAYƏT" başlıqlı məqaləyə münasibət bildirildi. Saytımızın elektron ünvanına göndərilən məktubu oxucularımıza təqdim edirik:

Əvvəla bildirim ki, “Göyçay-Avtonəqliyyat” ASC haqqında mətbuatda gedən yazılar Göyçay RİH-nin Başçısı Mehdi Səlimzadənin mənə və sahibkarlara qarı apardığı “qara piar”dan başqa bir şey deyil. Burada onun məqsədi  inhisarçılıq niyyəti ilə cəmiyyətin nəqliyyat xidmətinin dayandırılmasına, ərazidə fəaliyyət göstərən bazarın giriş-çıxış qapılarının qanunsuz olaraq hörülməsinə vermiş olduğu sifarişləri diqqətdən yayındırmaq istəyir. 

“Göyçay-Avtonəqliyyat” ASC 1999-cu ilin fevral ayında yaradılıb. Mən Əliyev Arif İbadət oğlu 1999-cu ilin may ayından səhmdar cəmiyyətə rəhbər təyin edilmişəm. Şikayət edən vətəndaşlar isə qeyd edirlər ki, “30-40 ildir ki, ASC-də işləyirik”. Şikayətçilərdən biri 1979-cu il təvəllüdlü Əliyev Ayaz Rafiq oğlu belə çıxır ki, 8 yaşından cəmiyyətdə sürücü işləyib, həmçinin cəmiyyətin səhmdarı olub. Təbii ki, yalan məlumatdır. Onun əmək müqaviləsinin bağlanması ilə əmək müqaviləsi barədə bildirişi 13.10.2014-cü il tarixdə sistemə işlənmiş və həmin bildirişdə onunla əmək müqaviləsinin bağlandığı tarix 01.03.2012-ci il göstərilmişdir. Cəmiyətdə işləyən sürücülərin hər biri işlərinə uyğun olaraq əmək haqqı almış olublar.

 Şikayətçi Həmidov Bəxtiyar Həmid oğlu 2002-ci ildən cəmiyyətdə avtobus sürücüsü işləmiş, 2014-cü ilin fevral ayında isə öz ərizəsi əsasında işdən azad edilmişdir. O da heç vaxt cəmiyyətin səhmdarı olmayıb. Onların sifarişlə hərəkət etməyinə əsas arqument budur ki, 8 nəfər muzdla tutulmuş, təlimatlandırılmış  “sürücü”lər 30 nəfər işçisi və 300 nəfər səhmdarı olan cəmiyyətin müdafiəsinə qalxıblar. Onlar heç blmir ki, cəmiyyətin hansı sayda səhmdarları və işçisi var. Onarın yuvarlaq rəqəmlərlə çıxış etmələrinə səbəb də elə budur.  8 ay əvvəl “Göyçay-Avtənəqliyyat” ASC-nin nəqliyyat xidməti zorla dayandırılanda indiki şikayətçilər harada idi?  Əgər onların illərlə hüquqları pozulmuşdursa ötən müddət ərzində 1 nəfər də olsa belə aidiyyatı orqanlara, eləcə də məhkəmə orqanına nəyə görə müraciət etməyiblər?

 Bir daha qeyd edirəm ki, əllərindən heç bir sübut və dəlil olmyan muzdlu şikayətçilərin və Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin niyyəti “Göyçay-Avtonəqliyyat” ASC və onun ərazisində fəaliyyət göstərən bazarın bağlanması istiqamətində apardığı “qara piar”dan başqa bir şey deyil. Qeyd edim ki, 3 gün əvvəl 200-dən çox sahibkarın “Bizi Mehdi Səlimzadənin zülmündən xilas edin” məzmunlu Prezidentə şikayəti ortaya çıxdığı anda icra başçısı öz “sürücü”dəstəsini bu cür  müsahibə ilə media qarşısına çıxarmış oldu ki, bəlkə sığortalansın. Amma yox, onun niyyəti yenə də baş tutmadı. Hər şey ədalətlə aşkar olunur, onun çirkin əməlləri hər gün öz çılpaqlıqları ilə özünə qarşı işləyir.    

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.