İlham Əliyev Fazil Məmmədovu niyə cəzalandırdı?


İlham Əliyev Fazil Məmmədovu niyə cəzalandırdı?

Font ölçüsü

Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas mövzusudur. Təbii ki, 18 il vergi sisteminə rəhbərlik edən şəxsin işdən çıxarılmasında təəccüblü heç nə yoxdur - vəzifə daimi deyil. Ancaq F.Məmmədovun işdən çıxarılması qəfil olub və nazir də bu xəbəri mətbuatdan öyrənib.

Naziri günün birinci yarısında Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirib, bir neçə konkret tapşırıq verib, günün ikinci yarısı isə mətbuatdan öyrənib ki, artıq nazir deyil. Yəni F.Məmmədov işdən çıxarılmasını qətiyyən gözləmirmiş. Görünür, F.Məmmədovun hansısa səhvi onun haqqında qəfil siyasi qərarın çıxarılmasına gətirib çıxarıb.

Hakimiyyət elitasının aparıcı simalarından olan F,Məmmədovun konkret hansı səhvnin güdazına getməsi hələ bəlli deyil. Ancaq səhvin çox ciddi olması şübhəsizdir və prezidentin qəfil sərəncamı da bununla bağlıdır.  Çünki F.Məmmədov sıradan bir nazir deyildi. ATA-holdinq kimi nəhəng bir təsisatı idarə edirdi. Üstəlik də  onun idarəetməsinə çoxsaylı şirkətlər və 4 rayon (Binəqədi, Şəmkir, İsmayıllı və Gədəbəy) daxildir. Sabiq nəqliyyat naziri Ziya Məmmədov tipli imtiyazlı nazir idi.

Maraqlıdır ki, Ziya Məmmədovun zərərsizləşdirilməsi düz 3 il çəkdi, F.Məmmədovla qərar isə dərhal verildi. Müxtəlif versiyalar var. F.Məmmədovun "MTN işi" ilə bağlı olmasından tutmuş vergi ödəyicilərinin incidilməsinə qədər. Təbii ki, real səbəblər ortaya çıxmasa, istənilən versiyanın yaşamaq hüququ var və buna hörmətlə yanaşmaq lazımdır. Daha çox inandırıcı versiya budur ki, F.Məmmədov və komandası çox böyük maliyyə sapmalarına yol verdiyi üçün siyasi rəhbərliyin qəzəbinə tuş gəlib.

Onun yerinə təhsli naziri Mikayıl Cabbarovun təyin edilməsi də bu versiyanı gücləndirir. Cəmiyyətdə birmənalı qarşılanmayan M.Cabbarovun oturumuş klanlara qarşı radikal mövqe tutması mübahisə predmeti deyil.  M.Cabbarov bunu sabiq təhsil naziri Misir Mərdanov klanına münasibətdə nümayiş etdirib - hazırda Təhsil Nazirliyində M.Mərdanov klanından əsər-əlamət qalmayıbş

Çox güman ki, M.Cabbarova ilk tapşırıq F.Məmmədov klanını dağıtmaqla bağlı olub. Nazirliklərdəki ənənəvi klanlarına dağıtmaq lazım gələndə, nazir nazirliyin işindən yox, kənardan gətirilir. Yəni ənənəvi komanda ilə hər hansı ünsiyyəti olmasın. Bu baxımdan M.Cabbarov sınaqdan çıxmış kadrdır.

Bununla belə, F.Məmmədovla bağlı bəzi suallar hələ açıq qalır: "ATA-holdinq"in idarçiliyi necə olacaq? F.Məmmədovun nəzarətində olan rayonların icra başçılarını hansı aqibət gözləyir? Yaxın həftələrdə bu sullara tam da olmasa, qismən aydınlıq gətiriləcək.(İstqlal.az)

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.